Xalq Sığorta
Korporativ Hüquqşünas
Son tarix 19 apr 2026 - Müraciət et
İş haqqında məlumat:
- "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa və Mərkəzi Bankın normativ xarakterli aktlarına uyğun olaraq daxili prosedurların hazırlanması.
- Mürəkkəb sığorta müqavilələrinin, təkrarsığorta sazişlərinin və digər korporativ sənədlərin hazırlanması və hüquqi ekspertizası.
- Direktor Şurasının və İdarə Heyətinin iclaslarının hüquqi müşayiəti.
- Sığorta, satınalma, xidmət və digər hüquqi müqavilələrin layihələrinin hazırlanması, hüquqi ekspertizası və rəylərin verilməsi;
- Sığorta fəaliyyəti ilə bağlı hüquqi rəylərin verilməsi;
- Şirkətdaxili sənədlərin qanunvericiliyin və Mərkəzi Bankın tələblərinə uyğunlaşdırılması;
- Etibarnamələrlə aparılan əməliyyatlara rəy verilməsi və yoxlanılması;
- Vətəndaş müraiətlərinin araşdırılması və cavablandırılması;
- Mərkəzi Bankdan daxil olan sorğuların təhlili, araşdırılması və cavablandırılması.
- Tələblər:
- Təhsil: Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (Magistr dərəcəsi və ya xarici təhsil üstünlükdür).
- Təcrübə: Müvafiq sahədə minimum 1-2 il iş təcrübəsi ( Sığorta və Bank sahəsindən olması üstünlükdür).
- Biliklər: Mülki Məcəlləni, İnzibati Xətalar Məcəlləsini və sığorta qanunvericiliyini mükəmməl səviyyədə bilmək.
- Dil Bacarıqları: Azərbaycan dili (mükəmməl), İngilis və ya Rus dili (peşəkar səviyyədə).
- Yumşaq Bacarıqlar: Analitik düşünmə, danışıqlar aparma və mürəkkəb hüquqi məsələləri sadə dildə izah etmə bacarığı.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
- İmtiyazlar: Könüllü tibbi sığorta;
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Korporativ hüquqşünas) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.












