Xalq Sığorta
İşə Qəbul üzrə Mütəxəssis
Son tarix 06 noy 2025 - Müraciət et
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil (İnsan resursları, menecment, sosiologiya və ya psixologiya);
- Təcrübə: Müvafiq sahədə 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis dili (İntermediate və üzəri);
- MS Excel bilikləri (Məntiq və Axtarış funksiyalarından istifadə);
- Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı.
Vəzifə öhdəlikləri:
- Şirkətin işə qəbul proseduruna uyğun olaraq işin aparılması;
- Vakansiyaların təhlili, tələb olunan işçi sayının müəyyən edilməsi;
- Vakansiyalar üzrə elanların müvafiq kanallarda yerləşdirilməsi;
- Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı;
- Daxil olan müraciətlərin qeydiyyatının aparılması, incələnməsi və vakansiyalara uyğun namizədlərin seçilməsi;
- İşə qəbul testlərinin və ilkin müsahibələrin keçirilməsi;
- Şirkətin işə qəbul və yerləşdirmə müddətində lazımi proseslərə nəzarət edilməsi.
İş şərtlərimiz:
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh., N. Nərimanov ray., Ak. Həsən Əliyev küç 24.
- Könüllü Tibbi Sığorta.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (İşə Qəbul üzrə Mütəxəssis) qeyd edərək, Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.