Xalq Sığorta
Həkim-koordinator
Son tarix 01 avq 2025 - [email protected]
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Tibb üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq və lokanik ifadə etmə bacarığı;
- Stressə davamlı
- Κomandada işləmək bacarığı;
- Məsuliyyətli;
- Kompyuter bilikləri: Microsoft Word-yaxşı, Microsoft Excel-orta;
- Dil bilikləri- azərbaycan dili-əla; rus dili, ingilis dili-arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Qaynar xəttə gələn zənglərin cavablandırılması və yönləndirilməsi;
- Sığorta olunmuş şəxslərə sığorta proqramına dair məsləhət xidmətinin göstərilməsi;
- Sığorta hadisələri ilə bağlı müraciətlərin müvafiq tibb müəssisələrinə yönləndirilməsi;
- Tibbi sığorta üzrə baş vermiş sığorta hadisələrinin ilkin tənzimlənməsi üzrə işlərin aparılması;
- Müştərilərə klinika əməkdaşları tərəfindən təyin olunmuş müayinələrin, analizlərin və dərman reseptlərinin təhlil edilməsi və sığorta müqavilələrinə və qaydalara uyğun qərar verilməsi;
- Müştərilərin narazılıqlarını və şikayətlərini dinləyir və onların həllini təmin edir;
- Müştəri məmnuniyyətinin yüksək səviyyədə qalmasını təmin edir.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Həkim-koordinator) qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.