Xalq Sığorta
Rəqəmsal marketinq mütəxəssisi
Son tarix 09 may 2024 - [email protected]
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil;
- Rəqəmsal marketinq üzrə 3 il iş təcrübəsi;
- META, Google Ads və Google Analytics üzrə beynəlxalq sertifikatın olması üstünlükdür;
- Analitik düşüncə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Təqdimat bacarığı;
- Ünsiyyətcil, işə pozitiv yanaşma və nəticə yönümlü olmaq.
- Dil bilikləri- azərbaycan dili- əla; ingilis dili–yaxşı; rus dili-arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Rəqəmsal marketinq strategiyasının hazırlanması və icrası;
- Şirkətin rəqəmsal kanallarında aylıq paylaşılacaq kontentin hazırlanması, bu kontent üzrə büdcə strategiyasının müəyyən edilməsi və reklamların yerləşdirilməsi;
- Kampaniyanın nəticələrinin ölçülməsi və hesabatların hazırlanması;
- Məhsullar və kampaniyalar üzrə hədəf auditoriyasının müəyyən edilməsi;
- Məhsullar üzrə bazar araşdırma aparılması və müvafiq effektiv rəqəmsal kommunikasiya kanallarının seçilməsi;
- Vebsaytın SEO-ya optimizasiyası;
- Dizayn komandası ilə sıx çalışmaq.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır
- Portfolio mütləqdir
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Rəqəmsal marketinq mütəxəssisi) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.