Xalq Həyat Sığorta
Fərdi satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis
Son tarix 28 okt 2022 - [email protected]
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.
Öhdəliklər:
- Yeni fərdi müştərilərin cəlb olunmasını təmin etmək;
- Müqavilələrin hazırlanmasını təmin etmək və müştərilərə təqdim etmək;
- Debitorlarla iş və onların ödənişinə nəzarət etmək;
- Fərdi satışların həcminin artırılmasını təmin etmək;
- Fərdi Sığorta bazarını izləmək və təhlilini aparmaq;
- Ümumi müştəri bazası üzrə həftəlik və aylıq hesabatları hazırlamaq;
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək
Tələblər:
- Ali təhsil;
- Ms Office proqramında orta istifadəçi səviyyəsində işləmək bacarığı;
- Bank və ya sığorta sahəsində 2 il iş təcrübəsi (satış üzrə);
- Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti ( ingilis dili arzu olunandır);
- Sürücülük vəsiqəsinin olması mütləqdir.
Fərdi keyfiyyət tələbləri:
Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda tələblərə uyğun olmayan və mail-da mövzu qismində “Fərdi satış şöbəsinə kiçik mütəxəssis/mütəxəssis” qeyd olunmayan "CV"-lərə baxılmayacaq.
Təkrarsığorta və anderraytinq şöbəsinə kiçik mütəxəssis
Son tarix 28 okt 2022 - [email protected]
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.
Öhdəliklər:
- Cari risklərin qiymətləndirilməsində, sorğunun aparılmasında, sığorta şərtlərinin və tarifin müəyyən edilməsində və təkliflərin hazırlanmasında iştirak;
- Sığorta hadisəsinin baş verməsi ehtimalına təsir göstərə biləcək faktorların aşkar edilməsi və bu iş üzrə müvafiq hesabatların və kommunikasiyanın aparılması;
- Anderraytinq və təkrarsığorta proseslərinə aid sənədləşmə bazasının tərtib edilməsi və daimi əsaslarla onun təkmilləşdirilməsi və nəzərət edilməsi;
- Təkrarsığortaya ehtiyac yarandıqda məlumatların və sənədlərin Təkrarsığorta və anderraytinq şöbəsinə təqdim edilməsi və nəticəyə əsasən birbaşa rəhbəri ilə razılaşdırılmış sığorta şərtlərinin və tariflərinin müəyyən edilməsi;
- Tibbi sənədlərin, həkim rəyinin təhlil edilməsi və tərcümə olunması;
- Şöbədə aparılan işlər üzrə hesabatların hazırlanması;
- Birbaşa müdirin göstərişinə əsasən digər vəzifələrin həyata keçirilməsi.
Tələblər:
- Anderraytinq və ya klinik təbabət sahəsində minimum 1 il iş təcrübəsi;
- Tibbi və ya iqtisadiyyat üzrə bakalavr təhsili (magistr təhsili arzuolunandır);
- Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində yaxşı səviyyədə danışıq qabiliyyəti;
- Microsoft Office proqram təminatı üzrə yüksək səviyyədə işləmək bacarığı;
- Həkim kimi təcrübəsi (minimal 1 il) olanlara üstünlük verilir;
Fərdi keyfiyyət tələbləri:
Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda tələblərə uyğun olmayan və mail-da mövzu qismində “Təkrarsığorta və anderraytinq şöbəsinə kiçik mütəxəssis” qeyd olunmayan "CV"-lərə baxılmayacaq.
Maliyyə monitorinqi şöbəsinə mütəxəssis
Son tarix 28 okt 2022 - [email protected]
İş qrafiki: 09:00 – 18:00 (bazar ertəsi – cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.
Tələblər:
- İqtisadiyyat, maliyyə, menecment və ya hüquq üzrə tam ali təhsil;
- Səlis azərbaycan dili və yaxşı səviyyədə ingilis dili biliyi, rus dili arzuolunandır;
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- PL/TMM üzrə minimum 2 il iş təcrübəsi;
- CAMS sertifikatının olması arzuolunandır;
- PL/TMM qanunvericiliyi və bu sahədə beynəlxalq standartlar üzrə biliklər;
- Analitik düşünmə və şübhə doğuran əməliyyatlara diqqət etmək qabiliyyəti;
- Komanda tərkibində işləmə və işi düzgün planlaşdıraraq vaxtında icra etmək bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik,etibarlılıq kimi müsbət göstəricilərin olması.
İşin təsviri:
- PL/TMM üzrə hesabatların tərtib olunması, təqdim edilməsi üzrə işlərin görülməsi;
- PL/TMM üzrə sorğuların cavablandırılması;
- PL/TMM üzrə monitorinqlərin aparılması və şübhəli əməliyyatların araşdırılması;
- PL/TMM üzrə tələblərin icrasına nəzarətin həyata keçirilməsi;
- PL/TMM üzrə təkliflərin verilməsi və təkmilləşmə işlərinin aparılması;
- Vəzifə öhdəliklərindən irəli gələn digər işlərin görülməsi.
Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda Tələblərə uyğun olmayan və mail-da mövzu qismində “Maliyyə monitorinqi şöbəsinə mütəxəssis” qeyd olunmayan "CV"-lərə baxılmayacaq.