Xalq Həyat Sığorta
Daxili Auditor
Son tarix 20 iyn 2026 -
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali iqtisadi təhsil və müvafiq ixtisas üzrə iş stajına malik olmaq (Sığorta sahəsi üzrə arzuolunandır );
- Daxili Auditorlar İnstitutunun standartları (IIA), Beynəlxalq Maliyyə Hesabatları Standartlarının (IFRS) tətbiqi üzrə bilik və bacarıqlar, (üstünlükdür)
- Mühasibatlıq, Daxili Audit, Risklərin idarə edilməsi üzrə peşə sertifikatlarının olması üstünlükdür.
- Maliyyə menecmenti, maliyyə və mühasibatlıq sahələrində peşə vərdişlərinə malik olmaq;
- Riskləri qiymətləndirmək bacarığı və analitik qabiliyyəti;
- Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
- Daxili Nəzarət, risklərin idarə edilməsi və ya digər əlaqəli istiqamət üzrə təcrübə (arzuolunandır)
- Daxili audit sahəsi üzrə ən son yeniliklərdən, eləcə də qabaqcıl təcrübələrdən xəbərdar olmaq.;
- Kompyuter bilikləri: Microsoft Word, Microsoft Excel; 1C proqramı ilə işləmək bacarığı;
- Dil bilikləri- azərbaycan dili; rus dili- arzuolunan ; ingilis dili-arzuolunan.
- Yazılı və şifahi ünsiyyət bacarığı;
- Analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
- İllik Daxili Audit iş planına uyğun olaraq audit yoxlamalarının məsləhət layihələri və tədbirlər planının icra statusunun monitorinqinin aparılması;
- Daxili audit strategiyası, audit metodologiyası və digər normativ sənədlərin, risk əsaslı audit proqramının hazırlanmasında iştirak etmək;
- Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarını həyata keçirmək;
- Təsdiq olunmuş plana əsasən monitorinqlərin və yoxlamaların aparılması;
- İdaəetmə, daxili nəzarət və risklərin idarə olunması sistemlərinin təkminləşdirilməsi, bu sistemlərin adekvatlığının və effektivliyinin qiymətləndirilməsi;
- Biznes proseslər haqqında məlumatları təhlil etmək auditini aparmaq ;
- Müstəqil (kənar) audit proseslərinə dəstək olmaq;
- Şirkətin daxili nəzarət mühitinin inkişafına dair təkliflər irəli sürmək;
- Risklərin idarə olunması sisteminin effektivliyinin qiymətləndirilməsi;
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq razılaşma yolu ilə
- Tibbi sığorta təminatı
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Daxili Auditor) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.















