Xalq Həyat Sığorta
Risklərin idarəedilməsi şöbəsinə kiçik mütəxəssis/mütəxəssis
Son tarix 25 dek 2025 - [email protected]
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri,Heydər Əliyev pr,164
Öhdəliklər:
- Cəmiyyətin struktur bölmələrində potensial riskləri aşkar etmək və onların qiymətləndirilməsində iştirak etmək;
- Risklərin idarəedilməsi ilə bağlı siyasət sənədləri, prosedur və metodologiyaların hazırlanması və mütəmadi yenilənməsində iştirak etmək;
- Maliyyə təşkilatları və təkrarsığorta şirkətlərinin reytinqlərinin nəzarətdə saxlanılması və onların mütəmadi yenilənməsində iştirak etmək;
- Risklərin qiymətləndirilməsi və nəticələr əsasında risk xəritəsinin hazırlanması prosesində iştirak etmək;
- Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək;
- Risklərin idarə edilməsi prosesində lazımi hesabatlıqları tərtib etmək;
- GAP analizinin aparılmasında iştirak etmək;
- Cəmiyyətin kapital adekvatlığı və stress-test modellərinin hazırlanmasında, onların tətbiq edilməsində və nəticələri ilə bağlı təkliflərin verilməsində iştirak etmək;
- Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət olunmasının monitorinqini həyata keçirmək.
Tələblər:
- Riyaziyyat, maliyyə və iqtisadiyyat üzrə ali təhsil;
- Ms Office proqramında peşəkar səviyyədə işləmək bacarığı;
- Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması;
- Risklərin idarəedilməsi,aktuar fəaliyyəti və ya audit üzrə 1-2 illik iş təcrübəsi ;
- Sahə üzrə arzu olunan sertifikat: FRM.
- Risk yönümlü düşüncə, təhlil etmə, yazılı və şifahi kommunikasiya, komandada işləmək bacarığı, operativlik, intizamlılıq, dəqiqlik və məsuliyyət.
Qeyd: Tələblərə uyğun namizədlər mövzu hissəsində vakansiyanın adını “Risklərin idarəedilməsi şöbəsinə kiçik mütəxəssis/mütəxəssis” qeyd edərək Cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.










