Xalq Həyat Sığorta
Daxili audit xidmətinin rəhbəri
Son tarix 07 may 2025 - [email protected]
İş şəraiti:
- İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri,Heydər Əliyev pr,164
Öhdəliklər:
- Risklərin qiymətləndirilməsi əsasında illik audit planını hazırlamaq və təsdiq olunmuş İllik Audit Planına əsasən audit, audit sonrası izləmə və xüsusi audit layihələri həyata keçirmək;
- Audit layihəsi üçün İş Proqramını hazırlamaq;
- Audit Layihəsi çərçivəsində müəyyən olunmuş audit prosedurları həyata keçirmək (biznes proseslərin sahibləri ilə müsahibələr keçirmək, audit obyektindən məlumatı toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında rəhbərliyə vaxtaşırı məlumat vermək;
- Cəmiyyətin struktur bölmələrinin fəaliyyətinin normativ hüquqi aktlara və təsdiq edilmiş fəaliyyət planına uyğunluğunu yoxlamaq;
- Yığım, ehtiyat, ödəniş və digər sığorta göstəricilərinin düzgünlüyünü təsdiqləmək üçün təhlillər aparmaq;
- Aparılmış audit əsasında tələb olunan tövsiyələri hazırlamaq və müvafiq strukturların nəzərinə çatdırmaq;
- Sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş normativlərin və icrası məcburi olan göstərişlərin, digər norma və məhdudiyyətlərin yerinə yetirilməsi üzrə nəzarətin işləyib işləmədiyini yoxlamaq;
- Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri tələb olunan müddət və keyfiyyətdə həyata keçirmək.
Tələblər:
- Ali təhsil (iqtisadiyyat və ya hüquq sahələrində );
- Maliyyə sahəsində azı 5 illik iş təcrübəsinin (azı 2 il sığortaçıda olmaqla) olması;
- Microsoft Office proqramlarında işləmə bacarığı;
- Azərbaycan dili – sərbəst (Rus dili və ingilis dili arzuolunandır);
- Yerli və Beynəlxalq Mühasibat Ucotu Standartları (MUBS), Beynəlxalq audit standartları (BAS), sığorta, vergi qanunvericiliyi üzrə bilik və təcrübə;
- Audit prosedurlarını həyata keçirmək üçün sığorta sektoru və biznes proseslər üzrə biliklərin olması;
- Sığorta əməliyyatlarının bütün aspektləri ilə tanış olmaq;
- Müstəqilliyini qorumaq qabiliyyəti;
- Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
- Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
- Daxili audit sahəsi üzrə ən son yeniliklərdən, eləcə də qabaqcıl təcrübələrdən xəbərdar olmaq;
- CIA, CFE və ya sığorta sahəsində sertifikatların olması arzuolunandır.
Qeyd: Tələblərə uyğun namizədlər mövzu hissəsində vakansiyanın adını “Daxili audit xidmətinin rəhbəri” qeyd edərək Cv-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.