Xalq Həyat Sığorta
IT Project Manager
Son tarix 19 apr 2025 - [email protected]
Namizədə dair tələblər:
- Ali təhsil (idarəetmə, iqtisadiyyat, tətbiqi riyaziyyat, informasiya texnologiyaları, kompüter elmləri, mühəndislik və s. əlaqəli ixtisaslar üzrə);
- İT layihə idarəçiliyi sahəsində 3-5 il iş təcrübəsi
- Layihə idarəetmə metodologiyaları (Agile, Scrum, Waterfall) barədə biliklər;
- Analitik düşüncə və problemlərin həlli bacarığı;
- Layihə planlaması, büdcə və resursların idarə edilməsi bacarığı;
- Prioritetləri düzgün təyin etmə bacarığı;
- PMP, Scrum Master və ya digər layihə idarəetmə sertifikatların olması üstünlükdür;
- Komandada işləmək bacarığı və məsuliyyətlilik;
Vəzifə öhdəlikləri:
- Layihənin məqsədlərini və icra strategiyasını müəyyən etmək;
- Tapşırıqların icrasına nəzarət edərək komandanı koordinasiya etmək;
- Layihənin gedişatını izləyərək riskləri idarə etmək;
- Maraqlı tərəflərlə effektiv ünsiyyət qurmaq və hesabatlar hazırlamaq;
- İT layihələrin planlaşdırılması, idarə edilməsi və koordinasiyasını həyata keçirmək;
- Layihə resurslarını və büdcəni səmərəli idarə etmək.
- İT layihələrin idarə edilməsi üzrə yeni yanaşmaların, o cümlədən layihələrin idarə edilməsi sisteminin tətbiq edilməsini təşkil etmək;
- Layihə nəticələrinin keyfiyyətini və etibarlılığını təmin etmək üçün test strategiyalarının hazırlanmasında iştirak edir;
- Layihələr üzrə dəyişiklik tələbləri, eləcə də risklərin idarə edilməsini həyata keçirmək.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (İT Project Manager) qeyd edərək, elektron poçt ünvanına göndərilməsi xahiş olunur.