Xalq Həyat Sığorta
Əməliyyat şöbəsinə stajçı/ kiçik mütəxəssis
Son tarix 07 okt 2023 - [email protected]
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri,Heydər Əliyev pr,164
Öhdəliklər:
- Cari sorğular üzrə müqavilələrin və digər sənədlərin hazırlanmasında və dəqiqliklə yoxlanılmasında iştirak;
- Sənədlərin və müqavilə nüsxələrinin arxivləşdirilməsi;
- Məlumat bazasına məlumat daxil etməklə müqavilələr üzrə məlumatların işlənilməsi;
- Şöbənin proseslərinə aid sənədləşmə bazasının tərtib edilməsi və daimi əsaslarla onun təkmilləşdirilməsi və nəzərət edilməsi;
- Şöbədə aparılan işlər üzrə hesabatların hazırlanması;
- Birbaşa müdirin göstərişinə əsasən digər vəzifələrin həyata keçirilməsi.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dilində sərbəst, ingilis dilində yaxşı səviyyədə danışıq qabiliyyəti;
- Microsoft Office proqram təminatı üzrə yüksək səviyyədə işləmək bacarığı;
Fərdi keyfiyyət tələbləri:
Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
Qeyd:Tələblərə uyğun namizədlər mövzu hissəsində vakansiyanın adını (Əməliyyat və təkrarsığorta idarəsinin Əməliyyat şöbəsinə stajçı/ kiçik mütəxəssis) qeyd edərək CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.