Xalq Həyat Sığorta
Aktuari
Son tarix 28 avq 2022 - [email protected]
İş qrafiki: 09:00 – 18:00 (bazar ertəsi – cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.
Öhdəliklər:
- Aktuari işinin əsaslarını bilmək
 - Aktuari təlimatına uyğun hesablamalar aparmaqla Sığorta ehtiyatlarının hesablanmasını təmin etmək
 - Sığorta ehtiyatlarının hesablanması, tələb olunan kapitalın müəyyənləşdirilməsi ilə bağlı, həmçinin sığortaçının öz vəsaitlərini, sığorta ehtiyatlarını təmin edən vəsaitlərin investisiyaya yönəldilməsi və məcmu kapitalı haqqında hesabat hazırlamaq;
 - İqtisadi-riyazi hesablamalar vasitəsilə sığorta tariflərinin hesablanmasının əsaslarını müəyyən etmək;
 - Aktuari fəaliyyəti ilə bağlı uzunmüddətli və illik inkişaf planlarını müəyyən etmək;
 - Aktuarinin müstəqilliyinə və ya obyektivliyinə müdaxilələr barədə rəhbərliyə məlumat vermək;
 - Rəhbərlik tərəfindən həvalə edilmiş digər vəzifələri həyata keçirmək;
 
Tələblər:
- Aktuari və ya Maliyyə sahəsində ən azı bakalavr təhsili
 - 1 ildən artıq rəsmi aktuari təcrübəsinə malik olmaq
 - AR tərəfindən təqdim olunan Aktuari şəhadətnaməsinə sahib olmaq
 - MS Office proqramlarında (Excel yüksək səviyədə) işləmək bacarığı
 - Sığorta fəaliyyətinə aid olan qanunları və AR Mərkəzi Bankının normativ sənədlərini bilmək
 - Sığorta cəmiyyətinin strukturunun profilini və xüsusiyyətlərini bilmək
 
Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir. Əks halda Tələblərə uyğun olmayan və mail-da mövzu qismində “Aktuari” qeyd olunmayan "CV"-lərə baxılmayacaq.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







