Xalq Bank
Ödəniş Kartları İdarəsinin Ödəniş Sistemləri ilə iş şöbəsi mütəxəssisi
Son tarix 06 okt 2024 - Müraciət et
Təsvir
- İdarədaxili hesabatların hazırlanması
- Mərkəzi Bank və Ödəniş sistemləri üzrə hesabatlılığın hazırlanması
- Prosessinq Mərkəzi və Ödəniş sistemləri ilə yazışmaların aparılması
- Yeni məhsulların və xidmətlərin bazar təhlilinin aparılması
- Layihələrdə iştirak.
Tələblər
- Maliyyə, İqtisadiyyat, Menecment və Hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bank təcrübəsi (1-2 il) (Ödəniş kartları sahəsində təcrübə arzuolunandır)
- Kompüter bilikləri (Excel proqramında mükəmməl işləmə bacarığı)
- Analitik düşünmə bacarığı
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- İngilis və Rus dilləri üzrə dil bilgisi
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Excel proqramı üzrə əsas bacarıqlar (formulalar, məntiqlər, shortcuts və s.);
- SQL və “Data management”-ə aid sair bacarıqlar üstünlükdür.
"Gəncə" filialının Ekvayrinq xidməti üzrə regional təmsilçisi
Son tarix 06 okt 2024 Müraciət et
Təsvir
- Yeni ATM və ödəniş terminalların quraşdırılması;
- ATM, ödəniş terminallarına və pos-terminallara müvafiq proqram təminatının yazılması və tam işlək vəziyyətə gətirilməsi;
- ATM, ödəniş terminallarına və pos-terminalların daim işlək vəziyyətdə saxlanılması, monitorinqi, yaranmış problemlərin diaqnostikası və aradan qaldırması;
- Müvafiq bölgədə yerləşən pos-terminalların fiziki vəziyyətinə nəzarət məqsədilə mütəmadi monitorinqlərin keçirilməsi, dövriyyə tələbinə uyğun olmayan müştərilərin müəyyənləşdirilməsi;
- ATM, ödəniş terminalları və pos-terminallarda nasaz ehtiyat hissələrinin müəyyən edilməsi, təmiri (zərurət yarandığı halda), sazlanması, yenisi ilə əvəz olunması və s. üçün servis xidmətlərinin cəlb edilməsi;
- ATM, ödəniş terminalları və pos-terminallara WAY4 (Telescope) və digər mövcud Remote (məsafədən idarə etmə) proqramlar vasitəsilə nəzarət etmək;
- Günün sonunda görülən işlər və təyin edilmiş uyğunsuzluqlar barədə hesabatın hazırlanması və təqdim edilməsi;
Tələblər
- Ali təhsil (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
- Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;
- Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri;
- Ofis proqramlarında (Excel, Word) işləmə bacarığı;
- Şəxsi nəqliyyat vasitəsinin olması arzuolunandır.