Veysəloğlu Şirkətlər Qrupu
Aparıcı Hüquqşünas
Son tarix 08 avq 2024 - [email protected]
Öhdəliklər:
- Fərqli sahələr üzrə müxtəlif növ müqavilələr (daxili və xarici satınalma, logistika, nəqliyyat və s.) hazırlanması, müqavilə layihələrinə hüquqi rəy və təkliflər verilməsi, müqavilə müddəaları üzrə müzakirələrin, razılaşdırmaların aparılması;
- Dövlət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, sorğu, ərizə və şikayətlərə baxılması, araşdırılaraq onlara cavab hazırlanması;
- Hüquqi şəxslərin etibarnamə əsasında dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi, hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
- Müvafiq dövlət orqanlarında inzibati xəta haqqında işlərə baxılmasında iştirak edilməsi, qərarlardan şikayət verilməsi;
- Müxtəlif sahələr üzrə qanunvericiliyin tələblərinə dair mütəmadi olaraq rəylər və arayışlar hazırlamaq, mövcud sənədləri qanunvericilikdəki dəyişikliklərə uyğunlaşdırmaq;
- Şirkətin fəaliyyətini tənzimləyən müxtəlif növ qərarların, əmr və sərəncamların, şirkətdaxili əsasnamə, prosedur, qayda və təlimatların hazırlanması və / və ya onlara hüquqi rəy verilməsi;
- Hüquqi şəxslərin təsis edilməsi, filial və ya nümayəndəliklərinin yaradılması (dəyişikliklərin edilməsi) və onların dövlət qeydiyyatının həyata keçirilməsi;
Tələblər:
- Ali hüquq təhsili;
- Şirkətlərdə və ya tənzimləyici – nəzarət orqanlarında azı 3 il iş təcrübəsi;
- Mülki (əqdlər, korporativ hüquq və s.), inzibati, gömrük, vergi, əmək, antiinhisar, miqrasiya, valyuta tənzimi, mülki və inzibati prosessual qanunvericiliyik biliyi və təcrübəsi;
- İngilis, rus və / və ya türk dillərində ən azı sənədlərlə işləmək təcrübəsi və bacarığı;
- Məntiqi və hüquqi analiz qabiliyyətinin olması;
- Komandada işləmək bacarığı.
Maraqlananlar vakansiya ilə bağlı CV-lərini “Aparıcı Hüquqşünas” başlığı altında [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.