Unicapital
Pərakəndə satış və xidmət üzrə mütəxəssis
Son tarix 18 apr 2025 - [email protected]
Vəzifə öhdəlikləri
- Maliyyə bazarlarını araşdırılması və müvafiq satış strateqiyasının qurulması;
- Müştərilərə investisiya xidmətləri haqda ətraflı məlumatın təqdim olunması;
- Müştərilər tərəfindən daxil olan sorğuları cavablandırılması;
- Zəng, e-mail, əyani konsultasiyalar vasitəsilə investisiya xidmətlərin satışının həyata keçirilməsi;
- Potensial müştərilərin cəlb edilməsi;
- Satışın effektiv həyata keçirilməsi üzrə statistik təhlilin hazırlanması;
- Müştərilərlə ofisdaxili görüşlərin keçirilməsi.
Vəzifəyə dair tələblər
- Vəzifə üzrə 1 il iş təcrübəsi;
- Ali təhsil;
- Azərbaycan dili üzrə sərbəst bilik;
- Microsoft Office proqramlarını istifadə etmək bacarığı;
Marja ticarəti üzrə mütəxəssis
Son tarix 18 apr 2025 - [email protected]
Vəzifə öhdəlikləri
- Vəzifə səlahiyyətləri çərçivəsində ona verilmiş tapşırıqlar üzrə struktur bölmələr, müştərilər və digər əlaqədar kontragentlərlə kommunikasiya aparmaq;
- Şirkətdə “Marjinal ticarət” xidmətinin standartlarının və qaydalarının yaradılması və təkmilləşdirilməsi üzrə təkliflər vermək;
- Müvafiq analitik hesabatların və təkliflərin rəhbərliyə təqdim edilməsi;
- Maliyyə bazarlarını və iqtisadiyyatda mövcud tendensiyaları təhlil etmək;
- Müştəri bazası və aktivliyi haqqında analitik məlumatlar hazırlamaq;
- Xidmət üzrə açılan bütün hesabların monitorinqini aparmaq;
- Müştəri hesabatlarının və uçot sisteminin düzgünlüyünün təmin edilməsi, o cümlədən, mütəmadi olaraq onların qarşılıqlı uyğunluğunu yoxlamaq;
- Fəaliyyətin təşkili zamanı risklərin məqbul çərçivəsini müəyyən etmək və risk səviyyəsinə davamlı nəzarət etmək;
- Marjinal ticarətlə məşğul olan müştərilərin cari tələblərini araşdırmaq;
- Şirkətin digər struktur bölmələri ilə əlaqəli qaydada potensial marjinal ticarət ilə maraqlanan qrupların aşkar olunması və cəlb olunması mexanizmlərinin yaradılması və təkmilləşdirilməsi üzrə təkliflər vermək;
- Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək.
Vəzifəyə olan tələblər:
- Ali təhsil (iqtisadiyyat, maliyyə və ya riyazi sahədə);
- Maliyyə sahəsində minimum 2 il iş təcrübəsi;
- Analitik/sistemli düşünmə və səlis ünsiyyət vərdişləri;
- İnvestisiya fəaliyyətinin və iqtisadi nəzəriyyənin əsaslarını bilmək;
- Danışıqlar aparmaq bacarığı və problemli vəziyyətlərin həlli təcrübəsi;
- Korporativ davranış normalarını bilmək;
- Kompüter bilikləri: MS Excel, MS Word, MS Outlook;
- Azərbaycan dili üzrə mükəmməl, ingilis dili üzrə orta bilik səviyyələri;
- Kollektivdə işləmək bacarığı.