Vəzifə: Zaqatala filialı üzrə Kredit mütəxəssisi
Şəhər: Zaqatala şəhəri
Yaş həddi: 21-35
Vəzifəyə olan tələblər:
• Ali təhsil;
• Bank sektorunda iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
• Problemi həll etmək bacarığı;
• Satış bacarığına malik olması;
• İşdə düzgünlük, operativlik;
• Komandada işləmə bacarığı;
• Ünsiyyət qurma qabiliyyəti;
• Məsuliyyətlilik, diqqətcillik;
• Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma.
Vəzifə öhdəlikləri:
• Qoyulmuş hədəflərin icrası;
• Kredit müştərilərinin banka cəlb edilməsi, onların bizneslərinin maliyyə təhlilinin aparılması, kreditləşdirilməsi və kredit müddətində müştərilərin idarə edilməsi;
• İşini düzgün planlaşdırma bacarığı;
• Mütəmadi olaraq müştəri görüşlərinin keçirilməsi və potensial müştərilərə bank məhsullarının və xidmətlərinin təklifi;
• Filial müdiri tərəfindən verilən tapşırıqların operativ yerinə yetirilməsi.
QEYD: Anketlərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Kredit mütəxəssisi” yazmağı unutmayın.
Vəzifə: İT Departamenti, Avtomatlaşdırılmış bank sisteminə xidmət bölməsinin kiçik mütəxəssisi
Yaş həddi: 22 - 35
Əmək haqqı: 500-800
Vəzifə öhdəlikləri:
- İstifadəçilərə avtomatlaşdırılmış bank sistemi üzrə texniki dəstəyin göstərilməsi
- Kiçik və orta həcmli tətbiqi proqramların dəstəklənməsi;
- Kiçik həcmli tətbiqi proqram təminatlarının hazırlanması;
Namizədə tələblər:
- Müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.);
- Azərbaycan dilində səlis danışıq bacarığı;
- İngilis və Rus dili bilikləri (texniki səviyyədə);
- Relyasiyalı verilənlər modeli barədə biliklər.
- Obyekt yönümlü proqramlaşdırmanın əsasları üzrə nəzəri biliklər;
- C#, SQL, PL/SQL üzrə nəzəri biliklər.
- Məsuliyətlilik, diqqətlilik, lazım gəldikdə gərgin iş rejimində işləməyə hazır olmaq;
QEYD: CV göndərərkən mövzu hissəsində "Techsupport" yazaraq [email protected] e-mail adresinə göndərməyiniz xahiş olunur. Əmək haqqı namizədin bilik və təcrübəsindən asılı olaraq dəyişə bilər.