TuranBank ASC
Təsərrüfat və təchizat şöbəsi müdiri
Son tarix 15 avq 2022 - [email protected]
Şəhər: Bakı
Azərbaycan şirkətləri işçilər axtarır - MAAŞ 1000-1500-1800-2000-2500 MANAT - VAKANSİYALAR
Yaş həddi: 28-40
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
- Azərbaycan və rus dillərində yazılı və şifahi sərbəst ünsiyyət bacarığı;
- Ms. Office proqramları, Excel əla səviyyədə;
- Məsuliyyətli, dəqiq və işinin vaxtında, keyfiyyətli təhvil verilməsi bacarığı;
- Müstəqil və ya komanda daxilində işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Satınalmalar üzrə şərtlər toplusunu hazırlayır, kotirovkalar keçirir;
- Bankın strateji planına və illik büdcəsinə uyğun olaraq Bankın və onun satış kanallarının əsas vəsait və azqiymətlilərə olan ehtiyaclarını müəyyən edir;
- Struktur vahidlərindən texniki avadanlıq, ləvazimat və materiallara olan ehtiyaclar barədə sifarişləri qəbul edir, onların icrasını təmin edir və təchiz edir (hər bir struktur vahidi üçün ayrılmış büdcə daxilində);
- Bankın satınalmalar üzrə müqavilələrinin reyestrini aparır, müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirir;
- Alınmış və istismara verilməmiş və ya istifadədən geri götürülmüş və ya çıxarılmış inventarların anbar uçotunu aparır, inventar və azqiymətli tez xarabolan mal-materialların texniki-sanitar qaydalara uyğun saxlanılması, onların qüvvədə olan qanunvericilik və bankdaxili qaydalara uyğun hərəkətini təmin edir;
- Bankın və onun satış kanallarının texniki yenilənməsini təmin edir;
- Bankın və onun satış kanallarının bina və qurğularının texniki və sanitar qaydalara uyğun saxlanılmasını təmin edir, işçilər üçün təhlükəsiz iş yerlərinin yaradılması üzrə rəhbərliyin tapşırıqlarını yerinə yetirir;
- Bankın bütün ofislərinin cari və əsaslı təmirini təşkil edir, yeni ofislərin tikilməsi, təmiri və yenidənqurulması, bununla əlaqədar sənədləşmələrin aparılması işlərini təşkil edir;
- Bankın ofisinin, o cümlədən işçilərin iş yerlərinin təmiz və sanitar qaydalara uyğun saxlanılmasını təmin edir;
- Bankomatların texniki təmiri işlərini təşkil edir;
- Bankın avtomobil parkının saz və işlək vəziyyətdə olmasını təmin edir;
- Texniki sığorta hadisələri üzrə müqavilə öhdəliklərinin sığorta şirkətləri tərəfindən icrasına nəzarət edir;
- Bankın bütün ofislərində yanğın təhlükəsizliyi üzrə qüvvədə olan qanunvericilik və bankdaxili qaydalara riayət olunmasını təmin edir;
- Bankın telekommunikasiya və kommunal xidmətləri şəbəkəsinin texniki cəhətdən saz olmasını təmin edir;
Anketlərinizi göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Təsərrüfat və təchizat şöbəsi müdiri” yazmağı unutmayın.