Xəzinədarlıq departamentinin direktor müavini
Son tarix 19 dek 2021
Şəhər: Bakı şəhəri
Yaş həddi: 25-45
Vəzifəyə olan tələblər:
-
Ali iqtisadi (maliyyə, uçot, audit, biznes və s.) təhsilin olması. Xüsusi sertifikatı (GARP, CFA, ACCA və s.) olanlara üstünlük verilir;
-
Ən azı 3 (üç) il bank və ya kredit təşkilatında xəzinədarlıq sahəsində rəhbərlik (struktur) təcrübəsi;
-
Mükəmməl səviyyədə İngilis dilində yazma, oxuma və danıma bacarığının olması; (o cümlədən, yaxşı səviyyədə Rus dili)
-
Beynəlxalq maliyə instituları ilə əməkdaşlıq etmə bacarığı;
-
Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə bacarığı;
-
Makro və mikro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı;
-
İşə yaradıcı yanaşmaq, yeni ideyaları yaratmaq və yeni ideyaları stimullaşdırmaq bacarığı;
-
Liderlik və işçi heyətini idarəetmə bacarığı;
-
Dəqiq planlaşdırma və ciddi nəzarət etmək qabiliyyəti;
-
MS Office proqramlarında işləyə bilmək qabiliyyəti.
Vəzifə öhdəlikləri:
-
Bankın strategiyasının hazırlanmasında iştirak etmək, rəhbərlik etdiyi sahələr üzrə fəaliyyət planlarının icrasını təmin etmək;
-
Rəhbərlik etdiyi şöbələrin fəaliyyətini koordinasiya etmək, onlara bilavasitə nəzarəti həyata keçirmək;
-
Tabeçiliyində olan əməkdaşların əmək funksiyalarını (vəzifə təlimatını) müəyyən etmək, onları qiymətləndirmək;
-
Aktiv və Passivlərin idarəedilməsində, bazar və likvidlik risklərinin qiymətləndirilməsi və idarəedilməsini həyata keçirmək;
-
Maliyyə bazarlarında əqdlərə birbaşa nəzarət edilməsi;
-
İdarə Heyəti tərəfindən verilən müxtəlif tapşırıqlarını icra etmək, onların dövrü iclasları üçün müvafiq sənədlərin (hesabatların) hazırlanmasını təmin etmək;
CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Xəzinədarlıq departamentinin direktor müavini” yazmağı unutmayın.