TuranBank ASC
Middle backend developer (Proqramlaşdırma üzrə kiçik mütəxəssis/ mütəxəssis)
Son tarix 08 fev 2026 - Müraciət et
Öhdəliklər:
- Yeni proqram təminatlarının, o cümlədən müxtəlif veb servislərin hazırlanması
- Mövcud proqram təminatlarının təkmilləşdirilməsi
Tələblər:
- Müvafiq sahədə ali təhsil (tətbiqi riyaziyyat, informatika, kompüter elmləri və s.)
- Azərbaycan dili , İngilis dili (texniki səviyyədə)
- Alqoritm tərtib etmə bacarığı və məntiq
- Java, PL/SQL, SQL dilləri üzrə güclü bilik və iş təcrübəsi
- Spring framework, veb servislər (SOAP, REST) üzrə bilik iş təcrübəsi
- NoSQL verilənlər bazaları ilə iş təcrübəsi
- GİT üzrə biliklər və iş təcrübəsi
- Məsuliyətlilik, diqqətlilik, operativlik
- Minimum 1 il təcrübə.
Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Biznes proseslərin təhlili və optimallaşdırılması şöbəsinin aparıcı mütəxəssisi/baş mütəxəssisi
Son tarix 08 fev 2026 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Bankda mövcud biznes və biznesə dəstək proseslərinin analizini aparmaq;
- Proseslərin mövcud xəritəsini yaratmaq və müntəzəm yeniləmək;
- Proseslərin mövcud (As İs) modelini təsvir etmək, təhlil etmək, kamillik səviyyəsini müəyyən etmək;
- Proseslərin təhlili zamanı avtomatlaşdırma imkanlarını təhlil etmək və müvafiq təkliflər vermək;
- Prosesin yenidən dizaynını həyata keçirmək və gələcək (To Be) model üzrə təkliflər vermək;
- Biznes proseslər üzrə xronometrajlar keçirmək;
- Hər bir proses üzrə vaxt və əmək sərfiyyatını müəyyən etmək;
- Proseslər üzrə sənədlərin reyestrini aparmaq;
- Proseslərin optimallaşdırılması üzrə təklifləri aidiyyatı strukturlarla birgə razılaşdıraraq tətbiq etmək;
- Proseslərin müddət, keyfiyyət, səmərəlilik və digər istiqamətlər üzrə müntəzəm ölçülməsi və təkmilləşdirilməsi üzrə meyarlar hazırlamaq;
- Meyarlar üzrə ölçmələrin avtomatlaşdırılması üçün təkliflər vermək, avtomatlaşdırma səviyyəsini izləmək;
- Meyarlara əsaslanmaqla dövri olaraq təkmilləşdirmə təklifləri hazırlamaq.
Tələblər:
- Ali təhsili (iqtisadi, riyazi və ya texniki);
- Bank işi sahəsi üzrə biliklər;
- Problem həll etmə bacarığı;
- Fərdi və komanda ilə işləmək qabiliyyəti;
- Bank işi və proses optimallaşdırılması sahəsində minimum 2 il iş təcrübəsi;
- Analitik və yaradıcı düşüncə qabiliyyəti;
- MS Word və MS Excel proqramlarından istifadə etmə bacarığı;
- BPMN 2.0 bilikləri ;
- MS Visio, Draw IO kimi alətlərdən istifadə bacarıqları;
- Lean Six Sigma, CBAP, CBPP, OCEB 2 sertifikatlarından hər hansı birinin olması üstünlükdür;
- Dil bilikləri: Azərbaycan (səlis), İngilis (orta).
Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.










