TuranBank ASC
Risklərin İdarə Edilməsi Departamenti, Bazar və Likvidlik risklərinin idarə edilməsi şöbəsi, kiçik mütəxəssis / mütəxəssis
Son tarix 23 avq 2025 - Müraciət et
İş şəraiti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Analitik düşüncə, məsuliyyətlilik və nəticəyönümlülük;
- MS Office proqramında (xüsusilə MS Excel) sərbəst işləmək bacarığı;
- İngilis və Rus dili bilikləri əlavə üstünlükdür;
- Mərkəzi Bank qaydalarının tələblərini bilmək;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Bank əməliyyatları və biznes prosesləri barədə biliklər.
İşin təsviri:
- Bankın aktiv və passiv strukturunda baş verən dəyişikliklərin təhlil edilməsi;
- Bankın faiz risklərinə dair hesabatların qurulması;
- LCR hesabatının hazırlanması, gündəlik izlənilməsi və təhlili;
- Bankın valyuta və likvidlik risklərinin qiymətləndirilməsi və hesabatlığın təmin edilməsi;
- Dövrü olaraq stress testlərin keçirilməsinə dəstək;
- Mütəmadi olaraq bazar və likvidlik risklərinin monitorinqinin həyata keçirilməsi;
- Yeni risk limitlərinin hesablanması və mövcud risk limitlərinin uyğunluğuna nəzarət edilməsi, həmçinin müəyyənləşdirilmiş və potensial risklərin minimallaşdırılması barədə təkliflər verilməsi;
- Erkən xəbərdarlıq sisteminin qurulması.
Vakansiyaya TuranBank ASC-nin Müraciət et düyməsində qeyd olunan linkə daxil olub “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Bank əməliyyatları üzrə layihələrin idarə edilməsi sahəsinə- mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis
Son tarix 23 avq 2025 Müraciət et
İşin təsviri:
- Rəqiblərin araşdırılması, trendlərin izlənməsi və təhlili;
- Layihənin yol xəritəsinin (roadmap) hazırlanması və mərhələli şəkildə icrası;
- Bankın digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərmək;
- İstifadəçi ehtiyaclarının və davranışlarının təhlili, təkliflərin hazırlanması, biznes istəyin formalaşdırılması;
- Mövcud proseslərin təhlili, inkişaf istiqamətlərinin müəyyən olunması və davamlı təkmilləşdirmə işlərinin həyata keçirilməsi üçün təkliflərin verilməsi;
- İcra olunan layihələr üzrə hesabatların və təqdimatların hazırlanması, rəhbərliyə təqdim olunması.
Namizədə olan tələblər:
- Ali təhsil;
- Bank hesablarının açılması və hesablar üzrə əməliyyat biliklərinə malik olmaq;
- Ölkə xarici və Ölkə daxili ödəniş sistemləri üzrə biliklərə malik olmaq;
- Hüquqi şəxs əməliyyatları üzrə biliklərə malik olmaq;
- Azərbaycan dilində səlis nitq bacarığı (Rus və İngilis dili biliyi əlavə üstünlükdür),
- Microsoft Office proqramlarında (MS Word və MS Exell) sərbəst işləmək bacarığı;
- Komandada işləmək bacarığı;
- Səlis ünsiyyət bacarığı;
- Dürüstlük və operativlik;
- Məsuliyyətlilik və diqqətlilik;
- Şəffaflıq və korporativ davranış qaydalarına riayət etmək;
- Analitik düşüncə, problem həll etmə və yaradıcı yanaşma bacarıqları;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.
Biz sizə nə təklif edirik?
- Karyera inkişafı üçün əlverişli mühit;
- Peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
Vakansiyaya TuranBank ASC-nin Müraciət et düyməsində qeyd olunan linkə daxil olub “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.