TuranBank ASC
Xəzinədarlıq departamentinin Birja əməliyyatları şöbəsi / kiçik mütəxəssis / mütəxəssis
Son tarix 03 dek 2025 - Müraciət et
Şəhər: Bakı şəhəri
Vəzifəyə olan tələblər:
- Yaş həddi: 21-35
 - Maliyyə və İqtisadiyyat üzrə ali təhsil (Magistr təhsili üstünlükdür);
 - Bank sektorunda ən azı 1 illik iş təcrübəsi;
 - Kollektivdə işləmə bacarığı;
 - Analitik düşünmək, məsuliyətlilik, diqqətlilik;
 - MS Office proqramlarında işləyə bilmək qabiliyyəti;
 - Rus və ingilis dili biliyi üstünlükdür.
 
Vəzifə öhdəlikləri:
- Yerli və xarici valyuta bazarlarında valyutaların alqı/satqı məzənnələrinin daim izlənilməsi və bu barədə Xəzinədarlıq departamentinin direktoruna daim sistematik məlumatların verilməsi;
 - Bank müştərilərinin, o cümlədən filialların xarici valyutalar üzrə tələblərinin qarşılanması üzrə rəhbərliyə məlumat verilməsi və icrasının həyata keçirilməsi;
 - Gündəlik şəkildə dünyada baş verən məzənnə dəyişikliklərinə reaksiya verərək, yeni kursun Azərbaycan Mərkəzi Bankına nəzərən tərtib edilməsi, bankın aidiyyatı əməkdaşlarına ötürülməsi;
 - Sistemdə filialların və müştərilərin konvertasiya sifarişlərinin, müştəri köçürülmələrinin düzgünlüyünə nəzarət edilməsi, yoxlanılması;
 - Yerli və xarici əməkdaş banklarla əlaqə saxlanılması və əqdlərin bağlanılması;
 - AVM-ə nəzarəti həyata keçirilməsi və idarə edilməsi;
 - Maliyyə bazarları üzrə əqdlərə nəzarət bölməsi əməkdaşları ilə əməliyyatların 4 göz prinsipi ilə yoxlanıması.
 
Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







