TuranBank ASC
Kreditlərin monitorinqi şöbəsinin aparıcı / baş mütəxəssisi
Son tarix 09 fev 2024 - Müraciət et
Vəzifəyə olan tələblər:
- Yaş həddi: 25-40
- Ali iqtisadi təhsil;
- Bank sahəsi üzrə 5 illik iş təcrübəsi (mikro və biznes kreditləri sahəsi üzrə);
- Analitik təhlil və düşünmə bacarığı;
- Komandada işləmək bacarığı;
- Kredit, maliyyə, mühasibat uçotu, sənədlərin təhlili, müştərilərin sahəvi təhlili sahəsində biliyə sahib olmalı;
- Biznes və İstehlak kreditlərinin qiymətləndirilməsi üzrə bacarıqlar;
- Dil bilikləri: Azərbaycan dili sərbəst, rus və ingilis dili arzu olunandır;
- Yüksək ünsiyyət qurma bacarığı;
- Dəqiqlik, detallara qarşı diqqətlilik;
Vəzifə öhdəlikləri:
- Mütəmadi ezamiyyətlərdə olmaq;
- Filiallar tərəfindən verilmiş kreditlər üzrə planlı və növbədənkənar monitorinqlərin aparılması,
- Kredit portfelinin müxtəlif indiqatorlar üzrə təhlil edilməsi,
- Girov qismində rəsmiləşdirilən təminatların qiymətləndirilməsi.
- Monitorinqin nəticələrinə əsasən rəy və hesabatların hazırlanması
- Aşkarlanmış risk faktorlarının qarşısının alınması və minimallaşdırılması ilə bağlı tövsiyyələrin verilməsi;
Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.