TuranBank ASC
Data analitikası şöbəsinin mütəxəssis/baş mütəxəssisi
Son tarix 29 yan 2024 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Datanın müxtəlif mənbələrdən toplanması və təmizlənməsi
- Riyazi-statistik metodlardan, maşın öyrənməsindən və digər analitik üsullardan istifadə etməklə müxtəlif dataların təhlili və modelləşdirilməsi, datadan faydalı biliklərin əldə edilməsi
- Təhlil nəticələrinin vizual təqdimatlarının yaradılması
- Qərarların qəbul edilməsinə yardımçı olan təhlil nəticələrinin maraqlı tərəflərə effektiv şəkildə çatdırılması
- Gələcək bazar hərəkətlərini, müştəri davranışlarını və ya potensial riskləri proqnozlaşdırmağa kömək edə biləcək tendensiyalar, nümunələr və anomaliyaları müəyyən etmək üçün tarixi məlumatların təhlili.
- Fərdiləşdirilmiş marketinq və satış strategiyaları üçün data əsasında gərəkli təhlillər və məhsullar üzrə tövsiyələrin verilməsi.
- İş rejimi həftənin 5 günü, (09-00-18:00)
Namizədə tələblər:
- Uyğun sahədə ali təhsil (Statistika, Data analitikası, Maşın öyrənməsi, Data elmi, Tətbiqi riyaziyyat, İqtisadiyyat və sair)
- SQL sorğularından istifadə etmək,
- Müxtəlif statistik təhlil və maşın öyrənmə alətlərinin və vizuallaşdırma alətlərinin bir və ya bir neçəsi ilə işləyə bilmək (Power BI, R, Python, Pandas, NumPy, SPSS və sair)
- Vizuallaşdırma alətləri ilə iş
- Statistika üzrə biliklər (statistik təhlillər, o cümlədən korrelyasiya, reqressiya təhlilləri və sair)
- Data analitikasından tətbiq olunan müxtəlif üsullar üzrə biliklər (Klasterləşmə, qərar ağacları, təsadüfi meşə və sair)
- Data analitikası üzrə 1-3 il intervalında təcrübə
Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.