Müştəri xidmətləri rəhbəri
Son tarix 30 dek 2021
Vəzifə öhdəlikləri:
-
Müştəri xidmətləri agentlərinin işə götürülməsi, onlara təlim keçirilməsi və inkişaf etdirilməsi, həvəsləndirmə və səlahiyyət vermə yolu ilə məsul ola biləcəkləri mühitin yaradılması;
-
Müştəri xidmətləri təcrübəsinin təkmilləşdirilməsi, müştərilərin cəlb edilməsi, üzvlərin artımının asanlaşdırılması;
-
Müştərilərin problemləri ilə maraqlanmaq və həllinin izlənilməsi;
-
Komanda üçün aydın olan iş vəzifələrinin təyin olunması;
-
Xidmət prosedurları, siyasətləri və standartlarının inkişaf etdirilməsi;
-
Müştəri xidmətləri üzrə sənədləşmələrin dəqiq aparılması;
-
Dəqiq statistik hesabatların aparılması;
-
Sahə üzrə inkişafın izlənilməsi, həmin inkişafa paralel inkişaf etmək, təkmil təcrübələrin sahə üzrə tətbiq olunması;
-
Kəmiyyət və keyfiyyət üzrə hədəflərə çatmaq üçün resurslara nəzarət və aktivlərdən düzgün istifadə;
-
Təsdiq olunmuş büdəyə nəzarət və idarə edilməsi;
-
Prioritetlərə uyğun olaraq nizamlı iş axının təmin edilməsi;
-
Tabeçiliyinidə olan əməkdaşlara xidmət ilə əlaqədar mütəmadi təlimlərin keçirilməsini təmin etmək;
-
Aylıq, rüblük və illik, o cümlədən müqayisəli hesabatların hazırlanması;
-
Tələb olunan hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
-
Vəzifəsi ilə əlaqədar birbaşa rəhbərin verdiyi tapşırıqların icra olunmasını təmin etmək;
Tələb olunan bilik, bacarıq və təcrübə:
-
Müvafiq sahədə təhsil və ixtisaslı təlim-tədris müəssisələrinin sertifikatları.
-
Müvafiq sahələrdə 3 il idarəedici səviyyədə iş təcrübəsi;
-
MS Office, Outlook (istifadəçi səviyyəsi);
-
Keyfiyyətə nəzarət sistemləri, təlim prosesi və biliklərin yoxlanılması, şikayətlərin idarə olunmasının prinsipləri;
-
Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı;
-
Yüksək səviyyədə Azərbaycan, Rus və İngilis dili;
-
Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
-
Biznes düşüncəsi və analitik zəkaya sahib olmalı;
-
Müştəri fokuslu və yüksək müştəri məmnuniyyəti əldə etməyə yönümlü;
-
Diqqətli, punktual, səbirli, məsuliyyətli və ünsiyyətcil olmalı;
Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində işin adı (Müştəri xidmətləri rəhbəri) göstərilməklə e-mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.