Titan Group
İşə qəbul üzrə mütəxəssis
Son tarix 01 dek 2022 - [email protected]
Funksional öhdəliklər:
- Açıq vakansiyaları A-dan Z-yə qədər tam təhlil etmək, şirkətdaxili və şirkətxarici elanları hazırlamaq və yerləşdirmək;
- İşçi axınının təhlili və potensial işçi bazasının yaradılmasını təmin etmək
- Vakansiya üzrə işə qəbul prosesinin öncədən planını tərtib edib, rəhbərliyə və vakansiya olan müvafiq şöbəyə yönləndirmək
- Namizədlərlə ilkin müsahibələr keçirmək
- Namizədlər üçün imtahan təşkil etmək
- Daxildə olan işçilər üçün attestasiyalar və klassifikasiya imtahanlarını təşkil etmək üçün plan tərtibi və icrası
- İşə qəbul olunan şəxsin iş təcrübəsini yoxlamaq
- Uyğun namizədlərin əvvəl işlədiyi yerlərlə əlaqə saxlayıb, işçinin iş keçmişi ilə tanış olub, sənədləşdirmək və rəhbərə təqdim etmək
- İşçilərin axtarılmasınnı təkcə axtarış portalları deyil, universitetlər, kolleclər, peşə təhsil müəssisələrinin məzunları üzrə axtarış aparmaqla icra etmək
- İşə düzəltmə şirkətləri ilə əməkdaşlıqların təşkili
- Vakansiya elan edilməzdən öncə həmin şəxsin icra edəcəyi işləri təhlil edib, funksional öhdəlikləri tərtib etmək
- Hesabat formalarının hazırlanmasında iştirak
- İşçilərin işə qəbul, işdən çıxma proseslərini ERP proqrama işləmək
- Tələb olunan bütün sənədləri İnsan Resursları Administrasiya şöbəsinə göndərir
- Seçilmiş namizədlər haqqında ilkin maillərı yazır
- İşçilərin iş planlarının tərtibində yaxından iştirak etmək
Əsas tələblər:
Təhsil:
- Ali təhsil (Biznesin İdarə edilməsi, İnsan Resurslarının İdarə edilməsi, Psixologiya,Sosiologiya, Heyətin idarə olunması, Menecment ixtisasları üzrə ali, ixtisasartıma təhsili üstünlükdür)
Təcrübə:
- İşə qəbul üzrə 1 ildən 3 ilə qədər iş təcrübəsi
Professional biliklər:
- MS Office (MS Word, MS Excel)
- Elektron Hökümət Portalları ilə (e-gov; e-sosial; İSB) işləmə bacarığı
Professional bacarıqlar və kompetensiyalar:
- Xoş ünsiyyət
- Detallara diqqət və nəticə yönumlülük
- Zamanın idarəolunması
Əmək haqqı: 800 AZN
QEYD: ERP proqramın öyrənilməsi üçün resurslar təqdim olunacaq.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İşə Qəbul üzrə Mütəxəssis” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
İş günü: Bazar ertəsi-Cümə
İş saatları: 09:00-18:00
İş ünvanı: Babək prospekti 22 (AG Oil ilə üzbəüz, İstikbal mebelin yanı)