Seaport Catering
KSƏTƏM üzrə mütəxəssis
Son tarix 28 mar 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- İstehsal olunan məhsulların fiziki-kimyəvi ve mikrobiolojik analizlərinə nəzarət etmək.
- Keyfiyyətə Nəzarət Planının hazırlanması və icrasına nəzarət;
- Keyfiyyətin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək,
- Ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması
- Müəssisənin bölmələrindəki iş fəaliyyəti ilə bağlı yaranan uyğunsuzluqların, problemlərin aşkar edilməsi və aradan qaldırılması istiqamətində keçirilən tədbirlər, Keyfiyyətsiz məhsulların və ya xidmətlərin göstərilməsinin qarşısını almaq üçün tədbirlər planı və işlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflər hazırlaması;
- Müəssisəyə daxil olan xammal, yarımfabrikatlar və digər məhsulların keyfiyyət standartlarına və texniki şərtlərə uyğunluğuna nəzarət etmək. İstehsal prosesinin bütün mərhələlərində məhsulun keyfiyyətinə qablaşdırılmasına, eləcə də anbarlarda düzgün saxlanılmasına operativ nəzarəti təşkil etmək;
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməsi;
- İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməsi;
- Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməsi;
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməsi və auditlərin aparılması
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməsi;
- Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi;
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməsi;
- SƏTƏMM üzrə təlimatların işlənib hazırlanmasında iştirak etməsi;
- Müəssisədə mövcud standartlara, forma və qaydalara uyğun olaraq hesabat aparılması;
- Keyfiyyətə Nəzarət Planının hazırlanması və icrasına nəzarət,
- Şirkətdə Keyfiyyət Sisteminin qurulmasını həyata keçirmək;
- Prosesin bütün mərhələlərində Keyfiyyət prosedurlarına nəzarətin təmin edilməsi;
- Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak;
- Fəaliyyət ilə bağlı mütəmadi olaraq, müəssisənin rəhbərliyinə hesabatlar hazırlayıb təqdim edilməsi;
- Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və s.
Bilməlidir:
- İSO 22000,İSO 9001:2015 , İSO 45001-2018, və s. standartının əsaslarını;
Namizədə tələblər:
- Ali təhsil (Standartlaşdırma və sertifikasiya),
- Qida sahəsində iş təcrübəsi mütləqdir
- Laboratoriyada aparılan analizlərə aid cihaz və avadanlıqları yaxşı səviyyədə istifadə edə bilməli;
- Bu sahədə ən azı 3 illik iş təcrübəsi
- Regionlara ezamiyyə
- Əmək haqqı 1000 - 1200 azn
CV-nizi “KSƏTƏM üzrə mütəxəssis“ qeyd edib elektron ünvanına göndərməyiniz xahiş olunur.