Ricon MMC
SƏTƏM üzrə mütəxəssis (Goranboy rayonu)
Son tarix 09 sen 2023 - [email protected]
Əsas vəzifə funksiyaları:
- Müəssisədə SƏTƏM təşkili, əlaqələndirilməsi və planlaşdırılması, əməyin mühafizəsinin vəziyyətinə, uçotuna, təhlilinə nəzarətin təşkili üzrə tədbirlər planı hazırlamaq;
- Lazımi SƏTƏM siyasətlərinin, sistemlərinin, standartlarının, göstərişlərinin və əlaqələndirici sənədlərin yerində olmasını və SƏTƏM idarə sisteminin tələblərinə cavab verməsini təmin etmək
- Layihə üzrə bölmə rəhbərləri və mütəxəssislərlə əlaqəli şəkildə müəssisədə əməyin mühafizəsinin təmini üzrə SƏTƏM planı hazırlamaq;
- Müəssisənin bölmə rəhbərləri və mütəxəssisləri ilə birlikdə müştərinin və nəzarət orqanlarının əməyin mühafizəsi üzrə göstərişlərinin yerinə yetirilməsi, yoxlamalar nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlər planı hazırlamaq və həyata keçirmək;
- Müxtəlif sahə təftişi zamanı aşkar edilmiş nöqsanları izləyir, əsas səbəblərini təhlil edir və prosesin təkmilləşdirilməsini təmin edir;
- Təhlükəsizlik və fövqəladə hallara hazırlıq təlimlərinin həyata keçirilməsini təmin edir;
- Layihə üzrə layihə işinə başlamazdan əvvəl riskin qiymətləndirilməsini və təhlükələrin aşkar edilməsi proses və metodları müəyyən etmək;
- Əməliyyat sahələri üçün müvafiq SƏTƏM jurnallarının aparılmasına nəzarət edir, müntəzəm olar riskləri yenidən qiymətləndirir, SƏTƏM nəzarətçilərinin aşkar etdiyi məsələlərə dair məsləhət verir və aradan qaldırma tədbirlərini həyata keçirir;
- Təhlükəli şəraitlərin və təhlükəli işlərin aradan qaldırılmasını təmin edir və düzəliş tədbirlərinə dair müvafiq tövsiyələr verir;
- Tikinti zamanı sahəyə müntəzəm baş çəkərək tikinti briqadalarının və podratçıların yüksək SƏTƏM səviyyəsinə əməl etdiklərini yoxlamaq və lazım olan düzəliş tədbirlərinə dair göstərişlər vermək;
- Müəssisənin bölmə rəhbərləri ilə birlikdə hadisələrin təhqiqatını aparır və potensial xəsarətlərin qarşısının alınması üçün tədbirlər görür
Vakansiya üzrə tələblər:
- Ali texniki təhsilinin olması;
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması;
- Ms Office (Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı;
- Azərbaycan, rus dillərində şifahi, yazılı və fərdi ünsiyyət bacarıqları;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bilməlidir;
- Təşkilati bacarıqlar,təşəbbüskarlıq, zəruri hallarda təzyiq altında işləmək bacarığı;
- İşdə yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı;
- Ünsiyyət və münasibət qurma bacarığı, məsuliyyətli və pozitiv yanaşma.
İş şəraiti:
- İş qrafiki: 6 günlük;
- Əmək haqqı: 1200-1500 AZN;
- Mehriban komanda;
- Perspektivli iş şəraiti;
- Şirkətin digər benefitləri.
Maraqlanan namizədlər CV-lərini mövzü hissəsində “SƏTƏM mütəxəssisi” qeyd edərək e-mail ünvanına göndərə bilərlər.