Qarant Kredit
Filial Meneceri (Ağstafa)
Son tarix 06 may 2023 [email protected]
İş barədə məlumat:
- Filialın cari fəaliyyətinə rəhbərliyi həyata keçirmək və işçi heyətini idarə etmək;
- Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək;
- Filial işçilərinin səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək;
- Filialın müştəri bazasının genişləndirilməsi üçün yeni təkliflər planı hazırlamaq;
- Müştərilərdə bağlılıq yaratmaq, rəqiblərin vəziyyətini və bazar paylarını analiz etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
- Filialın balansında olan maddi əşyaların,o cümlədən avadanlıqların,invertarların hərəkəti və istismarına nəzarəti həyata keçirmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
- Birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
- Müvafiq vəzifədə azı 2 il iş təcrübəsi;
- Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
- Sərbəst və şəffaf şəkildə fikir izah etmə və idarəetmə bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Müştərini cəlbetmə bacarığı.
Qeyd:Bank,Bank olmayan kredit təşkilatı və Lombard sahəsində çalışan namizədlərə üstünlük verilir.
Qeyd olunan tələblərə uyğun gələn namizədlər öz CV formalarını "Filial Meneceri(Ağstafa)" başlığı altında elektron ünvanına göndərə bilərlər.