Bu şirkətlər işçilər axtarır - MAAŞ 500-600-750-800-970-1100- MANAT - 15 VAKANSİYA
Qala Həyat Sığorta
Satış üzrə mütəxəssis
Son tarix 06 mar 2024 - [email protected]
Namizədə tələblər:
- Yaş: 21-35
- Təhsil: Ali
- İş təcrübəsi: Satış sahəsində ən azı 1-2 il
- Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı), İngilis dili (yaxşı)
- Ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- İnandırmaq bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
İş şərtləri:
- İş günü I-V günlər (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- İş vaxtı: I-V günlər 09:00 - 18:00
- Şirkət tərəfindən korporativ nömrə verilir
- Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
- Əmək haqqı: işçinin bilik və bacarığına uyğun olaraq təyin olunur
- Bonus və illik motivasiya
Əsas vəzifə öhdəlikləri:
- Korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək
- Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək
- Mövcud planı yerinə yetirmək
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq (CRM)
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, AZ1065, İzmir küçəsi 5 A
Əlaqə vasitələri : www.qala.az; (012) 404 77 74
Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-lərini e-mail ünvanına mövzuda “Satış üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərlər.