PSG Finans BOKT
Quba filialına Müdir
Son tarix 26 may 2023 - [email protected]
Əsas vəzifələr:
- Filialda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət edilməsi;
- Yeni kredit təklifləri ilə bağlı təşəbbüskarlığın göstərilməsi;
- Verilmiş kreditlərin izlənilməsi və vaxtında ödənişlərin təmin edilməsi;
- Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında mütəmadi məlumat verilməsi;
- Kredit portfelinin keyfiyyətinin qorunmasına nəzarət edilməsi;
- Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
- Filial üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;
- Filialın imicinin və ona olan inamın artırılması istiqamətində əməli işlər həyata keçirmək;
- Filialın müştəri bazasının genişləndirilməsi üçün yeni müştərilər cəlb etmək, müştərilərə yüksək səviyyəli xidmətlərin göstərilməsini təşkil etmək,
- Filiallara etibar edilmiş maddi qiymətlilərin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək və s.
- Tabeçiliyində olacaq əməkdaş(lar)ın effektivliyinin, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq
- Müştərilərdə bağlılıq yaratmaq,rəqiblərin vəziyyətini və bazar paylarını analiz etmək
- Filialın balansında olan maddi əşyaların, o cümlədən avadanlıqların, invertarların hərəkəti və istismarına nəzarəti həyata keçirmək
Namizədə olan tələblər:
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Ali təhsil
- Yaş həddi 30-45
- İdarəetmə və liderlik qabiliyyəti;
- Strateji və analitik düşünmə qabiliyyəti;
- Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı;
- Qüsursuz vətəndaş olmalı (ictimai mövqeyinə görə vicdanlı, şəxsi, mənəvi keyfiyyətlər);
- Məsuliyyətli və dəqiq;
- Təşkilatçılıq, ruhlandırma və təşəbbüskarlıq qabiliyyəti.