PMD Hospitality
Kiçik Auditor
Son tarix 05 iyl 2024 - [email protected]
Ünvan: Neftçilər prospekti 153, PBT
Əmək funksiyası:
- Daxili nəzarəti qiymətləndirmək, peşəkar audit üsullarını tətbiq etmək, audit yoxlama sənədlərini hazırlamaq və uyğun olaraq nəticələri sənədləşdirmək;
- Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyət ilə həyata keçirmək;
- Hesabatları, görülən işləri və sənədləri yoxlamaq və müəyyən edilmiş daxili nəzarət prosedurlarına riayət olunmasını təmin etmək;
- Rəhbərliyə audit yoxlama nəticələri və tövsiyələr ilə bağlı müvafiq məlumatların təqdim edilməsində digər təcrübəli auditorlara köməklik göstərmək;
- Departament daxilində digər təcrübəli auditorlara gündəlik əməliyyatların effektiv şəkildə həyata keçirilməsində köməklik göstərmək;
- Audit sorğularını həyata keçirməklə daxili nəzarət sistemlərinin adekvatlığını qiymətləndirmək;
- Rəhbərlik tərəfindən təyin olunan digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər:
- Audit, iqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil;
- Audit və ya maliyyə/ mühasibatlıq sahəsində müvafiq iş təcrübəsi arzuolunandır;
- Yerli və beynəlxalq mühasibat uçotu standartları və müvafiq vergi qanunvericiliyi üzrə biliklər;
- Azərbaycan dili – mükəmməl; rus və ya ingilis dili – işgüzar səviyyədə bilmək arzuolunandır.
İşçinin təminatları:
- Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
- PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində maksimal endirim imkanı;
- PMD Hospitality MMC-nin tabeliyində olan müxtəlif müəssisələrdə karyera davamı imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
İşə müraciət üçün elektron poçt ünvanımız.
CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.