Performance Center Co
Satıcı-məsləhətçi
Son tarix 09 dek 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Müştəri bazasının formalaşdırılması və müştərilərlə əlaqələrin qurulması;
- Avtomobillərin yüksək səviyyədə təqdim olunması, kampaniyalar, xidmətlər barədə geniş məlumat verilməsi;
- Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;
- Ümumi fəaliyyətə dair satış rəhbərinə hesabatların verilməsi.
Tələblər:
- Ali təhsil
- Yaş: 23-35
- Avtomobilin quruluşu və istismarı üzrə biliyə malik olmalı;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Təqdimat bacarığının olması;
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyəti;
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Avtomobil bazarı haqqında informasiyaya sahib namizədlərə üstünlük veriləcək.
Əlavə məlumatlar:
- Həftədə 5 iş günü, saat 09:00-19:00
- Əmək haqqı: 400-1700 AZN (əmək haqqı və əlavə bonuslar)
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Satıcı-məsləhətçi” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır