Performance Center Co
Korporativ satış və texniki xidmət üzrə mütəxəssis (Avtomobil servisi bölməsi)
Son tarix 19 apr 2024 - [email protected]
İş haqqında məlumat:
- Bazarın təhlili, araşdırmaların və monitorinqlərin aparılması;
- Korporativ müştərilər üçün satış müqavilələri və hesab-fakturaların tərtib olunması;
- Tender, kotirovka və digər satış prosedurlarının həyata keçirilməsi;
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
- Müqavilə şərtləri haqqında danışıqların aparılması və müqavilələrin rəsmiləşdirilməsi;
- Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
- Ümumi fəaliyyətə dair şöbə rəhbərinə hesabatların verilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil
- Yaş: 25-35
- Korporativ satış üzrə 2 il iş təcrübəsi
- E-satınalma portalı üzrə işləmə bacarığı
- Azərbaycan və ingilis dillərində səlis danışıq (digər xarici dil bilikləri üstünlükdür);
- Avtomobilin quruluşu və istismarı üzrə biliyə malik olmaq
- Təqdimat bacarığının olması
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyətli
- Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
- Avtomobil bazarı haqqında geniş informasiyaya sahib namizədlərə üstünlük veriləcək.
İş şərtləri:
- Həftədə 5 iş günü, saat 09:00-18:00
- Əmək haqqı: 800-1000AZN
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Korporativ Satış və texniki xidmət üzrə mütəxəssis qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.