PAY Group
Layihə üzrə mütəxəssis (Autocad üzrə)
Son tarix 24 may 2023 [email protected]
Vəzifə barədə məlumat:
- Layihələr sifarişçinin istəyinə əsasən müxtəlif obyektlərdə, müxtəlif kateqoriyalı otaq qapıları, giriş qapıları, qapı dəstəklərinin quraşdırılmasından ibarət olacaq.
- Qapı quraşdırılması üzrə hazırlanmış layihə sənədlərini oxumaq, materialları analiz etmək və layihələrə tətbiq üçün uyğunluğu müəyyən etmək.
- Hazır layihələr əsasında qapı yerləri, qapı sayı və onların ölçüləri haqqında excel cədvəl tərtib etmək
- AutoCad proqramında çertyojlar üzərində iş aparmaq, detallarda dəyişiklik və ya əlavələr etmək
- Layihələrdə təqdim edilən qapı növlərini müəyyən edib onların say və ölçülərini fabrika sifariş vermək.
- Sifarişçi tərəfindən təqdim olunmuş layihələri, təsdiq olunmuş qaydalara uyğun olaraq texniki dəqiqliyə görə yoxlayıb, spesifikasiyalara və müqavilə razılaşmalarına riayət olunmasını təmin etmək;
- Razılaşdırılmış dəyişikliklər də daxil olmaqla nəticələri qeyd etmək və hesabat vermək;
- Layihələrlə bağlı işlərin gedişini izləmək və vəzifə öhdəlikləri daxilində layihənin gedişi ilə bağlı müştəri və ya maraqlı tərəfə bərabər səviyyədə məlumat vermək.
- İnformasiya texnologiyalarına əsaslanan sənədləşmə, simulyasiya, məlumat bazası və s. aid qaydalara əməl etmək;
- Layihə ilə bağlı gündəlik hesabatları rəhbərliyə təqdim etmək.
- Əmək funksiyasını texniki standartlar və milli qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirmək;
Vəzifə üzrə tələblər:
- Ali təhsil (Memarlıq və İnşaat sahəsində üstünlükdür)
- Çertyojları oxumaq və başa düşmək bacarığı
- Yüksək səviyyədə Azərbaycan və və rus dili biliyi, ingilis dili üstünlükdür;
- Auto Cad, Excel və Word proqramlarında sərbəst işləmək bacarığı;
- Effektiv şifahi və yazılı kommunikasiya bacarığı;
- Gərgin iş rejimində işləmək bacarığı;
- Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı
- İşin xarakteristikasına uyğun olaraq, xanım namizədlərə üstünlük veriləcək.
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü, 10:00-dan 19:00-dək.
- Şənbə və bazar qeyri iş günləridir.
- Nahar şirkət tərəfindən təmin olunur.
- Əmək haqqı 500AZN (əmək haqqı artandır)
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi göndərə bilərsiniz.
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.