- Təsdiq olunmuş İllik audit planına əsasən, xüsusi audit layihələrinin həyata keçiririlməsində iştirak etmək;
- Audit layihəri üçün iş proqramının hazırlanmasında iştirak;
- Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının həyata keçirilməsini təmin etmək;
- Audit layihələri üzrə hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlamaq;
- Audit layihəsi çərçivəsində vəzifəcə aşağı əməkdaşların işinə nəzarət etmək.
- Audit layihəsi çərçivəsində müəyyən olunmuş audit prosedurları həyata keçirmək (biznes proseslərin sahibləri ilə müsahibələr keçirmək, məlumat toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə vaxtaşırı məlumat vermək;
- Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasının monitorinqini keçirmək;
- İştirak etdiyi audit layihəsi çərçivəsində rəhbərlik etdiyi əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək;
- Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyini qiymətləndirmək.
Arzu olunan təhsil səviyyəsi və iş təcrübəsi:
- İqtisadi (maliyyə, mühasibatlıq, audit və s.) və ya hüquqi sahədə ali bakalavr təhsili;
- Müvafiq audit sahəsi üzrə 3 ildən artıq iş təcrübəsi;
- CIA / CFSA / ACCA / CPA / CIMA / CFA (L1) müvafiq peşəkar kvalifikasiyalı namizədlərə üstünlük veriləcək;
- Daxili prosedurlar, şirkət tərəfindən təklif edilən məhsullar və həmin prosedurlara /məhsullara edilmiş dəyişikliklər haqda məlumatlı olmaq;
- Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması.
Tələb olunan bacarıqlar:
- Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sahə üzrə biliklərin və beynalxalq audit standartları üzrə anlayışların olması;
- Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
- Təqdimat və yazı bacarığı;
- İdarəetmə, rəhbərlik bacarıqlarına sahib olmaq;
- Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları, xüsusi audit proqram təminatı üzrə) ilə işləmək bacarığı;
- Ezamiyyələrdə iştirak etmək imkanı;
- Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
CV-lər e-mail ünvanına göndərilməlidir;
Mövzu sətrində “Baş Auditor” qeyd olunmalıdır;
CV-lər 8 dekabr, 2022-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.
CV göndərmək istəyənlər [email protected] e-mailinə göndərə bilərlər.