PASHA Holding
Business Group Senior Associate
Son tarix 31 may 2022 - [email protected]
PASHA Holding’s Business Group team has a rare opportunity for an enthusiastic mature professional to join a dynamic team with a focus on new wave of business areas. The team is currently providing strategic guidance into creation of B2C marketplace, Fintech payment company, multi-lender consumer financing platform and the development of data program and corporate innovation streams. Successful candidate will get a chance to work along with progressive teams and add significant value.
Job description:
- Analyze and understand complex information by making connections among business strategy, financials, and market dynamics (incl. best practices)
- Perform financial due diligence to gain a better understanding of current financial situation and assess prospects of portfolio companies
- Design and execute analytical use cases to support strategic planning and performance management (incl. benchmarking) of portfolio companies
- Conduct economic and/or operational feasibility analysis studies as per approved strategic plan for ecosystem expansion opportunities
- Identify and validate KPIs (key performance indicators) to accurately measure performance of portfolio companies against their mission and strategic priorities
- Administer strategic and annual performance management process of portfolio companies, incl. objective/target setting, tracking and evaluation
- Manage/support internal and cross functional projects (or use cases)
- Maintain communication and relations with key stakeholders across portfolio companies, functions, streams and external parties
- Facilitate business and organizational alignment among portfolio companies, functions and streams by cooperating with key contact persons
- Provide guidance and support to a team of analysts in related subjects
Education, Experience and Skills Required:
- Functional work experience of 4+ years in management consulting, deals/transactions advisory, finance, strategy, analytics or investments
- Industry experience of 6+ years in financial services, digital businesses, e-commerce, fintech, consumer products/retail, telco, private equity or venture capital industries is a strong plus
- Strong communication skills – written and oral presentation skills, with the ability to effectively formulate and articulate opinions persuasively
- Demonstrated experience in project management
- Well-developed skills in financial modelling, due diligence, research and deal assessment
- Critical thinker with ability to take initiative and think on your feet
- Ability to work under stress and meet tight deadlines
- Previous experience with analytical (e.g. Excel, Alteryx, DataIKU) tools and BI visualization (Tableau, Power BI) software is an advantage
- Certifications such as CFA, CIMA is an advantage
How to apply:
Interested candidates are requested to submit:
- Put “Business Group Senior Associate” in the subject line;
- CVs should be sent by May 30, 2022.
Attention: The candidates will go through initial CV screening review. Those candidates ONLY who succeeds based on CV screening will be contacted via email and/or phone and will be invited to interview.
PAŞA Holdinq şirkətinin Biznes Qrup komandası bir nəfər həvəsli, yetkin peşəkar üçün əsas diqqəti yeni biznes istiqamətlərinə yönəlmiş dinamik komandaya qoşulmaq üçün nadir fürsət təklif edir. Həmin komanda hazırda B2C vasitəçi rəqəmsal platformanın, Fintech ödəniş şirkətinin, çoxsaylı kreditor və istehlakçısı olan maliyyə platformasının yaradılması, habelə məlumatların işlənməsi proqramının və korporativ innovasiya istiqamətlərinin inkişaf etdirilməsi üçün strateji rəhbərlik təmin edir. Seçim prosesindən uğurla keçən namizəd proqressiv düşüncəli komandalarla birlikdə işləmək və əhəmiyyətli töhfə vermək imkanı əldə edəcək.
İşin təsviri:
- Mürəkkəb informasiyanı təhlil etmək və başa düşmək, bunun üçün biznes strategiyası, maliyyə göstəriciləri və bazar dinamikası (o cümlədən ən qabaqcıl təcrübə) arasında əlaqələr qurmaq;
- Mövcud maliyyə vəziyyətini daha yaxşı başa düşmək və portfel şirkətlərinin perspektivlərini qiymətləndirmək üçün kompleks maliyyə yoxlaması aparmaq;
- Portfel şirkətlərinin strateji planlaşdırmasını və fəaliyyət effektivliyinin idarə edilməsini (bençmarkinq daxil olmaqla) dəstəkləmək üçün analitik istifadə ssenariləri hazırlamaq və icra etmək;
- Ekosistemin genişləndirilməsi imkanları üçün təsdiq edilmiş strateji plana uyğun olaraq iqtisadi və/və ya istismara yararlılıq baxımından texniki-iqtisadi əsaslandırmalar aparmaq;
- Portfel şirkətlərinin öz missiya və strateji prioritetlərinə uyğun olaraq fəaliyyət effektivliyini dəqiq ölçmək üçün əsas fəaliyyət göstəricilərini (ƏFG) müəyyən və təsdiq etmək;
- Portfel şirkətlərinin strateji və illik fəaliyyət effektivliyinin idarə edilməsi prosesinin inzibati təminatını, o cümlədən məqsədlərin/hədəflərin müəyyən edilməsi, izlənilməsi və qiymətləndirilməsini təşkil etmək;
- Daxili və çox funksional layihələri (və ya istifadə ssenarilərini) idarə etmək/dəstəkləmək;
- Portfel şirkətləri, funksional bölümlər, fəaliyyət istiqamətləri və xarici tərəflər boyu əsas maraqlı tərəflərlə ünsiyyət və əlaqələri təmin etmək;
- Əlaqə saxlanılmalı əsas şəxslər ilə əməkdaşlıq edərək portfel şirkətləri, funksional bölümlər və fəaliyyət istiqamətləri arasında biznes və təşkilati məsələlərin uyğunlaşdırılmasına şərait yaratmaq;
- Analitiklər komandasına əlaqədar mövzular üzrə tövsiyələr və dəstək vermək;
Tələb olunan təhsil, təcrübə və bacarıqlar:
- İdarəetmə konsaltinqi, sövdələşmələr/əməliyyatlar üzrə məsləhətlərin verilməsi, maliyyə, strategiya, analitika və ya investisiyalar sahəsində 4 ildən artıq funksional təcrübə;
- Maliyyə xidmətləri, rəqəmsal biznes, e-ticarət, maliyyə-texnoloji, istehlak malları/pərakəndə satış, telekommunikasiya, özəl kapital və ya vençur kapitalı sahələrində 6 ildən artıq təcrübə güclü bir üstünlük hesab olunur;
- Güclü ünsiyyət bacarıqları – yazılı və şifahi təqdimat bacarıqları, fikirləri effektiv və inandırıcı şəkildə ifadə etmək qabiliyyəti;
- Layihələrin idarə edilməsi sahəsində təsdiqlənmiş təcrübə;
- Maliyyə modelləşdirməsi, kompleks yoxlama, araşdırma və sövdələşmələrin qiymətləndirilməsi üzrə yüksək səviyyədə inkişaf etdirilmiş bacarıqlar
- Tənqidi düşünmək, təşəbbüsü öz üzərinə götürmək və operativ qərar qəbul etmək qabiliyyəti;
- Gərgin şəraitdə işləmək və təyin edilmiş çox qısa müddətlərə riayət etmək qabiliyyəti;
- Analitik (məsələn, Excel, Alteryx, DataIKU) alətlər və BI vizualizasiyası (Tableau, Power BI) proqram təminatı ilə əvvəllər iş təcrübəsinin olması üstünlük hesab olunur;
- CFA, CIMA sertifikatlarının olması üstünlük hesab olunur;
Müraciət etmə qaydası:
Maraqlanan namizədlərdən aşağıda qeyd olunanları təqdim etmələri xahiş olunur:
- Mövzu sətrində “Biznes Qrupu daxilində baş mütəxəssis” qeyd edilməlidir;
- CV 30 may 2022-ci il tarixinədək göndərilməlidir.
Diqqət: İlk olaraq namizədlərin tərcümeyi-halları (CV) nəzərdən keçiriləcək. YALNIZ CV nəzərdən keçirilməsi nəticəsində uğur qazanan namizədlərlə e-poçt və/və ya telefon vasitəsilə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqlar.