PASHA Bank
Son İstifadəçilərə Dəstək üzrə Baş Mütəxəssis
Son tarix 13 dek 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Service Desk vasitəsi ilə qeydiyyata alınan bütün sorğuları vaxtında cavablandırmaq və həll etmək;
- Gündəlik müştəri şikayətlərini sorğularını qeydiyyata almaq, onlara nəzarət etmək və həll etmək;
- Mərkəzi texniki dəstək sorğu sistemi tərəfindən daxil olan iş ilə əlaqəli sorğulara baxılmasını prioritetləşdirmək;
- İşin proqresinə nəzarət etmək və müştəriləri işin tamamlanması haqqında məlumatlandırmaq;
- Hesabatlar hazırlamaq və ehtiyac olduğu təqdirdə texniki dəstəklə bağlı məlumatları analiz etmək;
- Biznes istifadəçiləri üçün təlimlər vermək;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Sizdən nə tələb olunur?
- Təhsil: İnformasiya texnologiyaları və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
- İş təcrübəsi: müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
- Xarici dil: İngilis dili, Rus dili;
- Kompüter bilikləri: Microsoft OS(Windows 10/11)/Mac OS(Ventura), MS Office; CompTiA və CCNA üstünlük verilir;
- Məhsul biliyi: Texniki dəstək sistemi;
- Bazar biliyi: İnzibati / texniki dəstək üzrə təcrübə;
- Digər: Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları, iş yoldaşları ilə effektiv işgüzar münasibət yaratmaq bacarığı.
Baş Müştəri Meneceri / Özəl Bankçılıq
Son tarix 13 dek 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Satış texnikası üsüllarının səmərəli istifadə edilməklə yeni müştərilərin cəlb edilməsi;
- Müştərilərə fərdi yanaşma istifadə etməklə idarə altında olan yeni aktivlərin cəlb edilməsini və sabit artımını təmin edilməsi;
- Yüksək gəlir sahibi olan müştərilərin fərdi bank məhsulları ilə təmin edilməsi;
- Müştərilərin gündəlik sorğu və ehtiyaclarının müəyyən edilməsi və qarşılanması;
- Müştərilərə fərdi yanaşma istifadə etməklə yüksək qəlirlik əldə etmək;
- Zəruri hallarda müvafiq departamentə istinad etməklə bank qaydalarının, prosedurlarının, siyasətinin və normativ tövsiyələrinin öz fəaliyyətində daima istifadə edilməsi;
- Müştərilərinin maksimum məmnunluğunu təmin etmək üçün yüksək keyfiyyətli müştəri xidmətlərinin göstərilməsi;
- Müştərilər haqqında məlumatın mühafizə edilməsi və məlumatın məxfiliyini təmin etmək üçün lazımi tədbirlərin görülməsi;
- Müştərilərə qeyri – maliyyə və məsləhət xidmətlərin verilməsi;
- Müştərilərə xarici banklarda aktivlərin idarə edilməsində məsləhətlərin verilməsi;
- Müştəri Menecer və kiçik Müştəri Menecer üçün təlim və mentorluq etmək;
- Analitik alətlərdən istifadə etməklə müştərilərin aktivləri portfelinin qiymətləndirilməsi. Depozit və kredit portfeli haqqında zəruri fəaliyyət hesabatlarının hazırlanması
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
- Tələb olunan iş təcrübəsi: 5-7 il
- Xarici dillər: İngilis, Rus
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Bank məhsulları
- Bazar üzrə biliklər: bank qanunvericiliyi, bazar tendensiyaları
Əsas Bank Sistemləri üzrə Kiçik Mütəxəssis
Son tarix 13 dek 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Əsas sistemlər və kənar proqram təminatı ilə bağlı dəstək göstərmək;
- Bankın struktur bölmələrindən daxil olan müraciətlərin araşdırılması, təhlil edilməsi mümkün həlli yollarının tapılması və problemlərin aradan qaldırılmasını təmin etmək;
- Hazırlanma və analiz prosesini tezləşdirmək üçün proqramçılara və analitiklərə köməklik göstərmək;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Sizdən nə tələb olunur?
- Təhsil: Kompüter elmi və ya digər müvafiq texniki sahə üzrə Bakalavr təhsili;
- Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Xarici dillər: İngilis dili (yaxşı);
- Kompüter bilikləri: PL/SQL, Development/Scripting bacarıqları;
- Başqa tələblər: Komandada işləyə bilmək. Yaxşı analitik bacarıqlar.