PASHA Bank
Son İstifadəçilərə Dəstək üzrə Kiçik Mütəxəssis
Son tarix 14 may 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Service Desk vasitəsi ilə qeydiyyata alınan bütün sorğuların vaxtında cavablandırılması və həlli;
- Telefon və İM vasitəsilə texniki dəstək mərkəzinə daxil olan işlə bağlı bütün sorğuların qeydiyyatının aparılması;
- Əməkdaşlara verilən bütün İT avadanlıqlarının qeydiyyatının aparılması;
- Mərkəzi texniki dəstək sorğu sistemi tərəfindən daxil olan işlə əlaqəli sorğulara baxılmasının prioritetləşdirilməsi;
- Service Desk vasitəsi ilə qeydiyyata alınan, lakin Son istifadəçilərə dəstək qrupuna aid olmayan sorğuların vaxtında Help Desk qrupuna yönləndirilməsi;
- Texniki dəstək sistemindən səmərəli və düzgün istifadəni təmin etmək üçün müştərilərə məsləhətlərin verilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası
Sizdən nə tələb olunur?
- Təhsil: informasiya texnologiyaları və ya digər müvafiq sahə üzrə bakalavr təhsili.
- Təcrübə: müvafiq sahə üzrə minimum 0-1 il iş təcrübəsi.
- Xarici dil: ingilis və ya rus dili bilikləri arzuolunandır.
- Kompüter bilikləri: "Microsoft OS" və Microsoft Office" proqramları üzrə biliklər.
- Məhsul biliyi: texniki dəstək sistemi.
- Bazar biliyi: inzibati / texniki dəstək üzrə təcrübə.
- Digər: yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları, iş yoldaşları ilə effektiv işgüzar münasibət yaratma bacarığı.
Fərdi Müştərilərə Dəstək üzrə Kiçik Mütəxəssis
Son tarix 13 may 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Xarici və daxili müştərilərdən daxil olan zənglərə 7/24 iş qrafika əsasən cavab verilməsi , Müştəriləri Bankın xidmətləri, məhsulları və tarifləri barədə prosedurlara əsasən məlumatlandırılıması.
- Daxil olan zənglərinin və sorğuların əsasında Bankda istifadə olunan müxtəlif proqram təminatları vasitəsilə əməliyyatların icra edilməsi.
- Şikayət və təkliflər ilə iş: hər hansı şikayət / təklif və ya texniki çətinlik ilə bağlı müraciət daxil olarsa mütləq olaraq qeydiyyatının düzgün kategoriyalarda aparılması, geydiyyatının *açıq* statusunda olarkən izlənilməsi və müştərilərə vaxtında cavabın təqdim edilməsi.
- Qeyri-iş saatlarında və bayram günlərində KOS və Korporativ müştərilərə dəstəyin göstərilməsi.
- Şöbənin bütün funksiyalarının müvafiq daxili və xarici qaydalara uyğun olaraq icra edilməsi.
- Müvafiq Bank proqram vasitəsilə müştəri sorğularının təyin edilmiş vaxt çərçivəsində icra edilməsi.
- Məhsul, xidmət və kampaniyalar barədə məlumatları Bankın “Məlumat Mərkəzi” (FAQ) vasitəsilə gündəlik əsasda mənimsəməsi.
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar
Sizdən nə tələb olunur?
- Təhsil: Orta və ya İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
- Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il
- Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (səlis), İngilis dili (orta)
- Kompüter bilikləri: Microsoft Office (excel, world)
- Məhsul üzrə biliklər: daxili siyasət və proseduralar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri, Qeyri-kredit bankçılıq xidmətləri, Fərdi bankçılıq məhsulları, Korporativ bankçılıq məhsulları
- Başqa tələblər: Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
Korporativ Hüquq istiqaməti üzrə Mütəxəssis / Kiçik Mütəxəssis
Son tarix 13 may 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- Müxtəlif bank xidmətlərinin təqdim edilməsi ilə əlaqədar daxil olan sorğuların hüquqi təhlilinin aparılması və cavablandırılması;
- Bankın hüquq və maraqlarını qoruyan müqavilələrin və digər müvafiq hüquqi sənədlərin hazırlanması və yoxlanması;
- Bank fəaliyyətinə aid normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər layihələrinin hazırlanması;
- Bankın xarici vətəndaş olan işçilərinə iş və yaşayış icazələrinin alınması ilə əlaqədar hüquqi dəstəyin göstərilməsi;
- Bankın daxili qaydalarının, siyasətlərinin, məhsullarının, prosedurlarının hazırlanmasında, yenilənməsində, təkmilləşdirilməsində dəstəyin göstərilməsi;
- Bankın inzibatçılarının və digər əməkdaşlarının müvafiq attestasiyadan keçmələri üçün hüquqi dəstəyin təmin edilməsi;
- Bankın Azərbaycan Respublikasında və xaricdə yerləşən törəmələrinin, nümayəndəliklərinin, filiallarının və şöbələrinin fəaliyyəti və onlara dair müvafiq lisenziyaların/icazələrin alınması üçün hüquqi dəstəyin təmin edilməsi;
- Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
- Bankın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
- Şöbəyə daxil olan müxtəlif müraciət və sorğuların tam və vaxtında cavablandırılması;
- Əmək münasibətləri sahəsində Bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi;
- Dövlət orqanları və digər qurumlarla münasibətdə Bankı təmsil etmək, tələb edilən hərəkətin edilməsi ilə bağlı Bankın maraqlarının ən yaxşı şəkildə qorunması;
- Bankın müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması.
Sizdən nə tələb olunur?
- Təhsil: Hüquq ixtisası üzrə bakalavr dərəcəsi
- Tələb olunan iş təcrübəsi: Hüquq mütəxəssisi üçün ən azı 3 il, kiçik hüquq mütəxəssisi üçün 1 il maliyyə sahəsində peşəkar hüquqşünas təcrübəsi
- Xarici dillər: Azərbaycan və İngilis dilləri (mükəmməl), Rus dili (arzuolunan)
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Korporativ hüquq sahəsinin və qanunvericiliyinin biliyi
- Digər biliklər: Güclü ünsiyyət və komandada işləmək bacarıqları, Planlaşdırma və təşkilatçılıq bacarıqları, tapşırıqların son icra tarixini ötürməməklə yerinə yetirmək bacarığı; Problemlərin əsas səbəbini təyin etmək üçün kritik düşüncə bacarığı; Qərarları dəqiq vermək bacarığı.
Məhkəmə işləri istiqaməti üzrə Mütəxəssis / Kiçik Mütəxəssis
Son tarix 13 may 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
- İddia ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin, icra qeydlərinin, vəsatətlərin hazırlanması;
- Bankın maraq və mənafelərinin məhkəmədə ən yaxşı şəkildə qorunması;
- Bankın mediasiya proseslərində iştirakının təmin olunması və maraqlarının ən yaxşı şəkildə qorunması;
- İcra prosesində bankın təmsil olunması və məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün bütün zəruri addımların atılması;
- Dövlət orqanları və digər qurumlarla münasibətdə Bankı təmsil etmək, tələb edilən hərəkətin edilməsi ilə bağlı Bankın maraqlarının ən yaxşı şəkildə qorunması;
- Bankın məhsullarının hüquqi ekspertizası;
- Bankın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
- Şöbəyə daxil olan müxtəlif müraciət və sorğuların cavablandırılması;
- Bankın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması;
- Bankın fəaliyyəti ilə əlaqədar yaranan hüquqi məsələlər üzrə Bankın əməkdaşlarlarının təlimatlandırılması;
- Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
- Əmək münasibətləri sahəsində Bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Hüquq ixtisası üzrə bakalavr dərəcəsi
- Tələb olunan iş təcrübəsi: Hüquq mütəxəssisi üçün ən azı 3 il, kiçik hüquq mütəxəssisi üçün 1 il peşəkar hüquqşünas təcrübəsi
- Xarici dillər: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dilləri (arzuolunan)
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Korporativ hüquq sahəsinin və qanunvericiliyinin biliyi
- Digər biliklər: Güclü ünsiyyət və komandada işləmək bacarıqları, Planlaşdırma və təşkilatçılıq bacarıqları, tapşırıqların son icra tarixini ötürməməklə yerinə yetirmək bacarığı; Problemlərin əsas səbəbini təyin etmək üçün kritik düşüncə bacarığı; Qərarları dəqiq vermək bacarığı; Tədqiqat, araşdırma və analitik bacarıqlar