PASHA Bank
Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi üzrə Mütəxəssis
Son tarix 23 fev 2024 - Müraciət et
Təsvir:
- Bankın İT və Kiber risk və insidentlərinin araşdırılması, davamlı izlənilməsi və risklərin baş vermə ehtimalının təhlili;
- Təsir və ehtimal təhlil edildikdən sonra riskin özü, təsviri və risk səviyyəsinin müəyyən edilməsi. Riskin təsirinin azaldılması üçün bir sıra nəzarət tədbirləri hazırlanması;
- Tədbirlər planının razılaşdırılması və şərtlərin müəyyənləşdirilməsi. Risk, onun səviyyəsi, qarşısının alınması planlarının risk reyestrinda sənədləşdirilməsi;
- Bütün maraqlı tərəflərə dəstək vermək, 1-ci sıra risk müdafiəçilərinə və risklərin koordinasiyasına (məsələn, sorğuları qiymətləndirmək) dəstək;
- Normativ sənədlərin hazırlanması və Bankın bütün yeni və mövcud normativ sənədlərini və məhsullarını nəzərdən keçirilməsi - potensial İT / Kiber risklərin yaranmasının qarşısının alınması;
- Risk Nəzarəti Özünü Qiymətləndirmə (RCSA) və Əsas Risk Göstəriciləri (KRI) vasitələrindən istifadə edərək risklərin müəyyənləşdirilməsi;
- Stress test ssenarilərinin hazırlanması;
- İT /Kiber risk metodologiyasinin icrası və yenilənməsi;
- Daxili itkilərin məlumat bazasına daxil edilməsi;
- İT/Kiber risklərə aid proyektlərdə iştirak;
- İstisnaların idarə edilməsində iştirak;
- Əsas risk indikatorları üçün məlumatların toplanması;
- Hesabatların hazırlanması;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələblər:
- Təhsil: Məzun;
- Tələb olunan iş təcrübəsi: 1-3 il;
- Lisenziya / Sertifikat: İTİL v4, COBİT 5, İSO27001 Foundation arzu olunandır;
- Xarici dillər: İngilis, Rus;
- Kompüter bilikləri: Microsoft Office.