Premium Residence Sea Breeze
İnşaat Mühəndisi
Son tarix 25 avq 2026 - [email protected]
"Premium Residence" dinamik komandasına, möhtəşəm "Sea Breeze" layihəsi çərçivəsində tikinti proseslərinin idarə edilməsi, texniki nəzarəti və layihələrin vaxtında, keyfiyyətlə təhvil verilməsini təmin edəcək təcrübəli İnşaat Mühəndisi dəvət edir!
Əsas məlumatlar:
- Ünvan: Bakı, Sea Breeze layihə sahəsi
- Əməkhaqqı: 1500 - 2500 AZN (Namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq)
- İş qrafiki: Tam iş günü
Sizin öhdəlikləriniz:
- Tikinti sahəsində işlərin texniki layihə sənədlərinə, tikinti norma və qaydalarına (TNvQ) uyğun olaraq aparılmasına birbaşa rəhbərlik və nəzarət;
- Layihə-smeta sənədlərinin təhlil edilməsi, material tələbatının və görülən iş həcmlərinin dəqiq hesablanması;
- Tikinti sahəsində subpodratçı təşkilatların fəaliyyətinin koordinasiya edilməsi;
- İşlərin qrafikə uyğun getməsinə nəzarət və görülən işlər barədə rəhbərliyə gündəlik/həftəlik hesabatların hazırlanması;
- Tikinti sahəsində texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət olunmasının təmin edilməsi.
Namizədə dair tələblər:
- Yaş həddi: 30 - 50 yaş
- İnşaat mühəndisliyi sahəsi üzrə ali təhsil;
- İrimiqyaslı tikinti layihələrində (xüsusilə yaşayış kompleksləri və premium seqment layihələrdə) geniş iş təcrübəsi;
- Layihə çertyojlarını, sxemləri və texniki sənədləri mükəmməl oxumaq və təhlil etmək bacarığı;
- AutoCAD proqramından sərbəst istifadə (digər mühəndislik proqramları arzuolunandır);
- Güclü idarəetmə, təşkilatçılıq və problemləri operativ həll etmə qabiliyyəti.
Təcrübənizi və peşəkarlığınızı əks etdirən CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Mövzu hissəsində "İnşaat Mühəndisi" qeyd etməyi unutmayın.














