Vəzifə: Mütəxəssis
Department: Korporativ Idarəetmə və İnzibatçılıq
Şöbə: Korporativ İdarəetmə və Hesabatlılıq
Qrup: Korporativ Katiblik
Vəzifənin məqsədi
İdarə Heyəti, Müşahidə Şurası və kollegial qurumların işinin təşkil edilməsinə inzibati dəstək göstərmərilməsinə, müvafiq hesabatlılığın təmin edilməsinə və Bankın korporativ idarəetmə strukturunu təşkil edən normativ sənədlərin hazırlanmasına , görə məsuliyyət daşıyır.
Vəzifə öhdəlikləri
1. Bankın korporativ idarəetmə strukturunu təşkil edən normativ sənədlərin (nizamnamə, əsasnamə, siyasət, qaydalar və s.) qanunvericiliyə uyğunluğunu mütəmadi izləmək və lazım olduqda dəyişikliklərin edilməsi təşəbbüsünü göstərmək
2. Bankın korporativ idarəetmə strukturunu təşkil edən sənədlərin (nizamnamə, əsasnamə, siyasət, qaydalar və s.) hazırlanması və təkmilləşdirilməsi üzrə layihələri həyata keçirilmək
3. Bankın korporativ idarəetmə strukturunu təşkil edən sənədlərin (nizamnamə, əsasnamə, siyasət, qaydalar və s.) idarə edilməsində dəyişikliklərin aydın göstərilməsi, anlaşılması və ifadə edilməsini təmin etmək məqsədilə digər vahidlərlə sıx əməkdaşlıq etmək
4. Sənədlərin optimizasiyası, dərindən analizi normativ sənədlərin icrasının hesabatını hazırlamaq
5. Müvafiq sənədlərdəki uyğunsuzluqlar, daxili partnyorların sistematik səhvləri haqqında şikayətləri araşdırmaq
6. İdarə heyətinin və komitələrin iclaslarının və qərarlarının şirkətin müvafiq normativ tələblərinə uyğun olaraq düzgün keçirilməsini və qəbul olunmasına nəzarət etmək
7. İdarə Heyətinin və komitələrin iclaslarına təqdim olunmuş məsələlərin lazımi tələblərə cavab verməsinə nəzarət etmək və müvafiq tələblərə cavab verməyən sənədləri geri qaytarmaq üzrə qərar vermək
8. İdarə heyətinin və komitə iclaslarda qəbul edilmiş qərarlara müvafiq tədbirlərin həyəta keçirilməsinə nəzarəti və nəticələr haqqında məlumatların müvafiq qurumlara vaxtında təqdim olunması
9. Şirkətin korporativ idarəetmə və katiblik xidmətinin gücləndirilməsi istiqamətində sistemlərin inkişaf etdirilməsi və həyata keçirilməsi üzrə menecerə yardım edilməsi
10. Mütəmadi olaraq qərarlar üzrə statistik məlumaların yığılması və tələb olunan hesabatları hazırlanmaq
Tələb olunan bilik, bacarıq və təcrübə
• Təhsil: bakalavr dərəcəsi (hüquq,İqtisadiyyat və ya İdarəetmə)
• Tələb olunan iş təcrübəsi: 1-3 il
• Xarici dillər: İngilis, Rus
• Məhsul üzrə biliklər: Kredit, sənədli əməliyyat, faktorinq
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05 Fevral 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Korporativ İdarəetmə və Hesabatlılıq üzrə Mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.