Kiçik Məhsul Sahibi (SME)
Son tarix 10 apr 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
-
Xüsusi rəqəmsal məhsullar üçün məhsulun backlog-nun yaradılması və prioritetləşdirilməsi.
-
Məhsul və biznes metriklərinin monitorinqi və bununla bankın KPI-larına uyğun nəticələrə nail olunması.
-
Məhsulun yol xəritəsini və vizionunu formalaşdırmaq, təqdim etmək və komanda üzvlərinə çatdırılması.
-
Biznes tərəfdaşlar ilə tələblərin və gözləntilərin həyata keçməsi üzrə dəqiqləşmələr aparmaq, prosesdə çoxşaxəli funksional məhsul komandasınının işində öncül rol oynamaq.
-
Müştəriyə sürətli və müntəzəm biznes dəyər yaradan məhsullar təqdim etmək üçün müştəri ehtiyaclarını müəyyən etməkdə əsas rol oynamaq.
-
Analitik qruplar ilə koordinasiyada davamlı yaxşılaşdırma səylərinə təşəbbüs etmək və icrasına nəzarət etmək.
-
Digər Məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində məlumatlarla bölüşmə və mümkün dəstəyin verilməsi şəraitində çalışmaq.
-
Təşkilat daxilində həll yollarını asanlaşdırır; Məhsul strategiyasına uyğun həlləri prioritetləşdirmək və təqdim etmək üçün hüquq, risk, əməliyyat, marketinq və digər komandalarla əməkdaşlıq edir.
-
Bazar araşdırması edir və məhsulun rəqabət qabiliyyətini artırmaq və istifadəni artırmaq üçün imkanları müəyyənləşdirir.
-
Agile mərasimlərinin keçirilməsi üçün Agile Kouç ilə əməkdaşlıq edir: sprint planlaşdırılması, demo görüşlər, retrospektivlər və s..
-
Texniki həlləri və onların müştərinin ehtiyaclarına necə dəstək göstərdiyini başa düşülməsi;
-
Məhsulla əlaqəli yenilikləri dəqiq və vaxtında çatdırmaq üçün maraqlı tərəflərlə kommunikasiya.
-
Maraqlı tərəflərə məhsul ilə bağlı təqdimatların təşkili, təlim materiallarının, broşuraların, təlimatların hazırlanması.
-
Marketinq funksiyası ilə tandemdə məhsul təşviqi tədbirlərinin hazırlanması.
-
Birbaşa rəhbəri tərəfindən təyin edilmiş digər şifahi və yazılı tapşırıqların yerinə yetirilməsi;
-
Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək.
-
İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq.
-
Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq.
Sizdən nə tələb olunur?
-
3 ildən artıq məhsul inkişafı üzrə peşəkar təcrübə (biznes və ya İT)
-
Güclü analitik bacarıqlar, verilənləri (data) dərindən analiz etmək və anlamaq və ondan qərarları istiqamətləndirmək üçün istifadə etmək və son məhsulu formalaşdırmaq bacarığı
-
Sürətli rejimdə nəticə yönümlü işləmək bacarığı
-
Keyfiyyətli rəqəmsal məhsulların çatdırılması ilə yanaşı, həm də biznes bankçılığı (KOS, korporativ bankçılıq) anlayışına və ya ən azından B2B məhsulları üzrə anlayışa, eləcə də ekspertin anlayışına malik olmaq.
-
Çoxşaxəli biznes sahələri ilə effektiv əlaqə qurmaq qabiliyyətinə sahib olmaq (marketinq, satış, maliyyə, əməliyyat, texnologiya və s.)
-
Komandada işləmə bacarığı;
-
Problemləri həll etmə bacarığı;
-
Konfliktlərin idarəedilməsi;
-
Agile və ya Dizayn Thinking üzrə biliklərə sahib olmaq;
-
Biznes maliyyəsi üzrə anlayış, məhsuldan asılı olaraq digər bilik və bacarıqların olması;
-
Azərbaycan dili – səlis
-
İngilis dili – orta (min. Intermediate)
Kredit Analitiki / SME
Son tarix 10 apr 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
-
Kiçik və orta həcmli müəssisələrin biznes və maliyyə təhlilinin aparılması. Müştərilərlə peşəkar ünsiyyətin qurulması və onlara maliyyə məsləhətlərinin verilməsi.
-
Müştəri Menecerləri və prosesin digər iştirakçıları ilə effektiv əməkdaşlığın təmin olunması.
-
Kredit risklərinin idarə edilməsi. Kreditlərin təhlükəsiz, səmərəli və sürətli şəkildə, Kiçik və Orta Sahibkarlıq Bankçılığı, Kreditlərin Strukturlaşdırılması funksiyasının maliyyələşdirmə standartlarına uyğun olaraq verilməsi.
-
Qərarın verilməsi, kreditləşməni tamamlamaq üçün kredit memorandumu və digər ərizə formalarının doldurulması, Kredit Risklərinin Anderraytinqi Departamentinə və Kredit Komitəsinə təqdim edilməsi.
-
Kredit portfelinin idarə edilməsi.
-
Kreditin Strukturlaşdırılması funksiyasının davamlı inkişafını təmin etmək və işin axışını sürətləndirmək üçün ən uyğun yanaşmanın tətbiq edilməsi və müvafiq təkliflərin verilməsi.
Sizdən nə tələb olunur?
-
Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
-
İş təcrübəsi: 0-1 il
-
Xarici dillər: İngilis, Rus
-
Kompüter bilikləri: Microsoft Office
Müştəri Meneceri Assistenti (Quba)
Son tarix 10 apr 2023 - Müraciət et
İşiniz nədən ibarətdir?
-
Kiçik və Orta Sahibkarlıq Bankçılığı üzrə inzibati dəstək;
-
Müqavilələrə nəzarət, sifarişlərin emalı və sənədlərin hazırlanması;
-
Daxili və xarici tənzimləmələrə uyğun olaraq işin bütün funksiyalarının icrası;
-
Bankın daxili strukturu və müştəri ilə bağlı müqavilə sənədlərinin hazırlanması və icrasına nəzarət;
-
Sazişlərin icra prosesinin sürətləndirilməsi;
-
Bankın müştəri hesabları və kredit müqavilələrində nəzərdə tutulan digər qeyri-kredit məhsullarının miqdarı üzrə minimal kredit dövriyyəsinin tələblərinə uyğunluğunun yoxlanılması;
-
Müştəri sorğusunun icrasına nəzarət;
-
Müştəri sorğusunun icrasına nəzarət.
Sizdən nə tələb olunur?
-
Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
-
Təcrübə: 1 ilədək
-
Kompüter bilikləri: Microsoft Office
-
Digər: Bank məhsulları üzrə biliklər
Məsafədən Satış üzrə Kiçik Mütəxəssis
Son tarix 10 apr 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
-
Bütün segmentlərə aid potensial müştərilər ilə birbaşa telefon vasitəsilə əlaqə yaradaraq, onların banka müştəri kimi cəlb edilməsini təmin etmək üçün bütün məhsul və xidmətlər haqqında məlumatın verilməsinə və satışlarını təmin edilməsi;
-
Bütün segmentlərə aid cari və potensial müştərilər ilə birbaşa telefon vasitəsilə əlaqə yaradaraq, onlara yeni platformanı tanıdaraq, iştirakçı kimi cəlb edilməsinin və satışların artırılmasının təmin edilməsi;
-
Bütün segmnetlərə aid yeni və potensial müştərilərin yeni məhsul və xidmətlər barədə məlumatlandırılması zamanı əlavə olaraq çarpaz satışların aparılması. Hüsusi siyahılar üzrə mövcud və potensial müştərilərin təkrar zənglərin edilməsi (kredit kartlarının etibarlıq tarixləri bitdikdə daxil olmaqla);
-
İpoteka üzrə müştərilərə hüsusi siyahılar üzrə zənglərin edilməsi (İpoteka Fondu tərəfindən istənilən sənədlər barədə müştərilərin məlumatlandırılması);
-
Bütün məhsullar ilə bağlı müştərilərə video zənglərinin icra edilməsi;
-
Bütün segmentlərə aid olan müştərilər üçün Bank tərəfindən təqdim olunan məhsulların soyuq satış və daxil olan müraicətlər əsasında e2e satışı (Məhsul üzrə daxil olan müştəri müraciətlərini qəbul edib,müştərilərə lazımi məlumatları təqdim edərək e2e satışı həyata keçirmək);
-
Miles&Smiles məhsulu üztə dəstəyinin təmin edilməsi : telefon vasitəsilə müştərləri məhsul barədə konsultasiyanın aparılması və zəngdən sonra satışın təmin edilməsi üçün müvafiq strukturlara lazımı qeydiyyatların aparılması , xüsusi proqram təminatı ilə millərin hesablanmasının yoxlanılması , welcome millərin hesablanmasının yoxlanılması və müştəriyə aid əlaqə nömrəsinin dəyişdirilməsi, video identifikasiya ilə müştərinin kartının əldə edilməsi və imzanın təstiqinin təmin edilməsi , kartların müştəriyə çatdırılmasının təmin edilməsi , müştərilərin sifariş zamanı çatışmayan məlumatların əldə edilməsi , müştəri şikayətlərinin təhlil edilməsi və həlli yolların müəyyənləşdirilməsi;
-
Məsafədən satış zamanı prosesdə yaranan problemlərinin aradan qaldırılması üzrə müraciətləri təhlil etmək və müştəriyə lazımi dəstəyin göstərilməsi: Satılmış məhsulların monitorinqi , tamamlamamış müraciətlər ilə bağlı sistemdən daxil olan emai-ların alınması və prosesə uyğun olaraq icrası, müştərilərin əlaqə nömrələrinin axtarışı, müştərilərə proses üzrə dəstək verilməsi , müştərilərə nəticə ilə bağlı zənglərin edilməsi;
-
Təqdim olunmuş siyahilara və alternative kanallar vasitəsi ilə daxil olan müraciətlərə əsasən potensial müştərilər ilə əlaqə saxlayıb məlumat təqdim etmək , satış etmək və müvafiq sənədləri yığmaq;
-
Satış zamanı fiziki görüş tələb edən məhsullar ilə bağlı daxil olan müraciətlərin təhlil edilməsi (ilkin məlumatın əldə olunması – first screening) və RM-lərin arasında kredit sifarişlərinin bölgüsü və xidmətin sona qədər aparılmasını təqib etmək;
-
Yeni müştərilər cəlb edilərkən, prosesin mövcud ÖMT (Öz müştərini tanı) prosedurlarına uyğun aparılmasının təmin edilməsi;
-
Bankın daxili prosedur və qaydalarını, strategiyasını, kredit siyasətini öyrənmək və onlara müvafiq fəaliyyət göstərilməsi;
-
Müştərinin satışdan sonra yaranan narahatçılıqları ilə bağlı müştərilərdən daxil olan sorğulara əsasən müvafiq strukturlara müraciətin edilməsi. Məhsul/xidmət əldə etmiş müştərilərin həmin məhsul üzrə yaranan sual və problemlərini araşdırmaq və müştəriyə lazımi dəstəyi təmin edilməsi;
-
Sosial media üzərindən daxil olan müraciətlərin operativ cavablandırılması,müştəri şikayət və təkliflərinin aiddiyyatı strukturlara yönləndirilməsi;
-
Müştəri Menecerlər və potensial müştərilər üçün görüşlərin təmin edilməsi;
-
Mümkün şübhəli əməliyyatların və hadisələrin müəyyənləşdirilməsi və təhlil edilməsi və müvafiq strukturlara eskalasiya edilməsi;
-
Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
-
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Sizdən nə tələb olunur?
-
Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
-
Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il
-
Xarici dillər: Azərbaycan dili (səlis), İngilis dili (səlis), Rus dili (səlis)
-
Kompüter bilikləri: Microsoft Office (Excel, Word)
-
Məhsul üzrə biliklər: Bankın məhsul və xidmətləri barədə məlumatlılıq
-
Bazar üzrə biliklər:
-
Başqa tələblər: Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
Məsafədən Satış Qrupunun Rəhbəri (Analıq məzuniyyəti)
Son tarix 10 apr 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
-
Bütün seqmentlər üzrə cari və potensial müştərilərə telefon vasitəsilə əlaqə yaradılmasına, onların banka müştəri kimi cəlb edilməsini təmin etmək üçün bütün məhsul və xidmətlər haqqında məlumatın verilməsinə və satışlara nəzarət;
-
Bütün seqmentlərə aid müştərilər ilə danışıq zamanı müvafiq danışıq mətnlərinin (skriptlərin) yenilənmiş və düzgün olmasına nəzarət edilməsi;
-
Bütün seqmentlərə aid yeni və potensial müştərilərin yeni məhsul və xidmətlər barədə məlumatlandırılması zamanı əlavə olaraq çarpaz satışların aparılmasına nəzarətin təmin edilməsi;
-
Komanda üzvlərinin davamiyyəti və işlərinin düzgün aparılmasına nəzarət;
-
Komanda daxili və digər əlaqəli strukturlar ilə münasibətlərin tənzimlənməsi və məlumatların düzgün mübadiləsinə nəzarət;
-
Komanda üzvlərinin işinin keyfiyyətinə (daxili və xarici müştərilər ilə danışıq üslubu) nəzarət. Müştəri ilə aparılan danışıqların dinlənilməsi və təyin olunmuş müddət aralığında qiymətləndirilməsi;
-
Məsafədən satış komandasının əməkdaşları tərəfindən görülən işlər üzrə müvafiq hesabatlılığının hazırlanması və bütün maraqlı tərəflər ilə paylaşılması (gündəlik, həftəlik, aylıq, illik və tələb olunanda);
-
Komanda daxili və digər strukturlar ilə yaranan problemlərin həlli üçün müvafiq tədbirlərin görülməsi;
-
Məsafədən satış komandasının və satışı həyata keçirilən məhsulların inkişafı üçün təkliflərin hazırlanıb maraqlı tərəflərə təqdim olunması;
-
Məsafədən satış komandasının işinin effektivliyinin artırılması üçün yeni proqram təminatlarının araşdırılması;
-
Məsafədən satış komandasının şəxsi inkişaf planının hazırlanması (işləri ilə bağlı təlimlər, sertifikat proqramları və s. iştirakı);
-
Komandanın işində tələb olunan təsərrüfat malları, texniki avadanlıqlar, proqram təminatları və digər xərclərinin müvafiq ilin büdcəsinə daxil edilməsi üçün planın hazırlanması;
-
Müştəri menecerləri və potensial müştərilər üçün görüşlərin təmin edilməsinə, markanın təşviqinə, və şirkət imicinin yüksəldilməsinə xidmət olunmasına nəzarət; Satış sahəsi üzrə tendensiyaları izləyərək müvafiq təşkilat və fəaliyyətlərə qatılmaq; Rəqib bankların təklif etdiyi məhsul və xidmətlərin şərtlərini anlamaq; Bankın imkanlarını və yerli bazarın boşluqlarını müəyyənləşdirmək üçün xarici bazarın izlənilməsinə nəzarət.
Sizdən nə tələb olunur?
-
“Agile” idarəetmə, “Agile” inkişaf, “Scrum Master” və bənzər sahələrdə 3 illik təcrübə;
-
Təhsil: İqtisadiyyat və bənzər digər sahələr üzrə bakalavr təhsili;
-
Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3-4 il;
-
Xarici dillər: Azərbaycan dili (səlis), İngilis dili (səlis), Rus dili (səlis);
-
Kompüter bilikləri: Microsoft Office (Excel, Word, Power point);
-
Məhsul üzrə biliklər: Bankın məhsul və xidmətləri barədə məlumatlılıq;
-
Əlavə tələblər: Güclü ünsiyyət və idarəetmə bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
Məsafədən satış üzrə Assistent
Son tarix 10 apr 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
-
Müvafiq segmentə aid potensial müştərilər ilə birbaşa telefon vasitəsilə əlaqə yaradaraq, onların banka müştəri kimi cəlb edilməsini təmin etmək üçün bütün məhsul və xidmətlər haqqında məlumatın verilməsinə və satışlarını təmin edilməsi;
-
Mövcud olan müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə Bank tərəfindən təqdim olunan məhsulların və xidmətlərin irəliləyişi üzərində işlənilməsi;
-
Müvafiq segmentə aid cari və potensial müştərilər ilə birbaşa telefon vasitəsilə əlaqə yaradaraq, onlara yeni platformanı tanıdaraq, iştirakçı kimi cəlb edilməsinin və satışların artırılmasının təmin edilməsi;
-
Müvafiq segmentə aid yeni və potensial müştərilərin yeni məhsul və xidmətlər barədə məlumatlandırılması zamanı əlavə olaraq çarpaz satışların aparılması;
-
Xüsusi siyahılar üzrə mövcud və potensial müştərilərə təkrar zənglərin edilməsi (kredit kartlarının etibarlıq tarixləri bitdikdə daxil olmaqla);
-
Rəqəmsal biznes kreditlərinin satışını təşviq etmək üçün xüsusi siyahılar üzrə müştərilərə zənglərin edilməsi;
-
Bankdan getmiş müştəriləri yenidən cəlb etmək üçün soyuq satış zənglərinin edilməsi;
-
Müvafiq segmentə aid olan müştərilər üçün Bank tərəfindən təqdim olunan məhsulların soyuq satış və daxil olan müraicətlər əsasında e2e satışı (Məhsul üzrə daxil olan müştəri müraciətlərini qəbul edib,müştərilərə lazımi məlumatları təqdim edərək e2e satışı həyata keçirmək.);
-
Məsafədən satış zamanı prosesdə yaranan problemlərinin aradan qaldırılması üzrə müraciətlərin təhlil edilməsi və müştəriyə lazımi dəstəyin göstərilməsi: Satılmış məhsulların monitorinqi , tamamlanmamış müraciətlər ilə bağlı sistemdən daxil olan emailların alınması və prosesə uyğun olaraq icrası, müştərilərin əlaqə nömrələrinin axtarışı, müştərilərə proses üzrə dəstək verilməsi və nəticə ilə bağlı müştərilərə zənglərin edilməsi. Təqdim olunmuş siyahılara və alternativ kanallar vasitəsi ilə daxil olan müraciətlərə əsasən potensial müştərilər ilə əlaqə saxlayıb məlumat təqdim etmək, tələb olunan müvafiq sənədləri toplamaq və satışı həyata keçirmək;
-
Maliyyələşmə məhsullaırnın satışı zamanı fiziki görüş tələb olunan müştəri müraciətlərinin təhlil edilməsi (ilkin məlumatın əldə olunması – first screening) və müvafiq segmentə aid Müştəri menecerlərinə yönləndirilməsi və xidmətin sona qədər aparılmasını təqib edilməsi;
-
Yeni müştərilər cəlb edilərkən, prosesin mövcud ÖMT (Öz müştərini tanı) prosedurlarına uyğun aparılmasının təmin edilməsi;
-
Bankın daxili prosedur və qaydalarını, strategiyasını, kredit siyasətini öyrənmək və onlara müvafiq fəaliyyət göstərilməsi;
-
Müştərinin satışdan sonra yaranan narahatçılıqları ilə bağlı müştərilərdən daxil olan sorğulara əsasən müvafiq strukturlara müraciətin edilməsi;
-
Məhsul/xidmət əldə etmiş müştərilərin həmin məhsul üzrə yaranan sual və problemlərini araşdırmaq və müştəriyə lazımi dəstəyi təmin edilməsi;
-
Digər satış kanallarından daxil olan müraciətlərin operativ cavablandırılması, müştəri şikayət və təkliflərinin aiddiyyatı strukturlara yönləndirilməsi;
-
Mümkün şübhəli əməliyyatların və hadisələrin müəyyənləşdirilməsi, təhlil edilməsi və müvafiq strukturlara eskalasiya edilməsi;
-
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Sizdən nə tələb olunur?
-
Təhsil: Ali təhsil (İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili arzuolunandır)
-
Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-1 il
-
Lisenziya / Sertifikat: -
-
Xarici dillər: Azərbaycan dili (səlis), İngilis dili (səlis), Rus dili (səlis)
-
Kompüter bilikləri: Microsoft Office (Excel, Word)
-
Məhsul üzrə biliklər: Bankın məhsul və xidmətləri barədə məlumatlılıq
-
Bazar üzrə biliklər:
-
Başqa tələblər: Güclü ünsiyyət bacarığı, müştərilərlə danışma qabiliyyəti, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
Valyuta Bazarları üzrə Mütəxəssis
Son tarix 10 apr 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
-
Nağd və nağdsız mübadilələr üçün Bankın standart alış / satış məzənnələrinin müəyyənləşdirilməsi
-
Açıq Valyuta Mövqeyinin Mərkəzi Bank və Bankın daxili normativləri əsasında idarə edilməsi
-
Korporativ / özəl bankçılıq / KOB müştəriləri üçün özəl məzənnələrinin təyini
-
Bütün müştəri istəkləri ilə (daxili və ya xarici) dəqiq və razılaşdırılmış müddətlərdə məşğul olmaq
-
Xarici valyuta, derivativ, əmtəə məhsulları, qiymətli metal satışlarını yerli və xarici banklarla müzakirə edib icra etmək
-
Baş ofis və biznes mərkəzlərinin nağd likvidliyinin idarə edilməsi
-
Xarici tərəfdaşlar ilə nağd pul vəsaitlərinin idxal / ixrac əməliyyatları
-
Korporativ FX rəhbəri ilə birlikdə müştəri görüşlərində iştirak etmək
-
Yeni müştəriləri aktiv şəkildə cəlb edilməsi
-
Lazımi hesabatların tərtibi və daxil edilmiş məlumatların düzgünlüyünü təmin edilməsi
-
Şöbə rəhbəri tərəfindən tələb olunan xüsusi hesabatların hazırlanması
-
Bütün proses və prosedurların ən yaxşı təcrübəyə, bankların davranış qaydalarına və tənzimləmə tələblərinə uyğun olmasını təmin etmək
-
Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
-
Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
-
Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
Sizdən nə tələb olunur?
-
Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
-
İş təcrübəsi: minimum 2 il
-
Xarici dillər: İngilis dili (səlis), Rus dili (orta)
-
Kompüter bilikləri: MS office, Power Point
-
Məhsul bilikləri: Valyuta bazarı və derivativlər
-
Bazar bilikləri: yerli və beynəlxalq bazar biliyi
APİ və Vəsaitlərin Köçürülmə Dəyərlənməsi üzrə Mütəxəssis
Son tarix 10 apr 2023 - Müraciət et
İşiniz nədən ibarətdir?
-
Bankın Aktiv və Passivlərin idarə edilməsi məqsədilə gündəlik hesabatların hazırlanması;
-
Likvidlik risklərinin idarə olunmasında bankdaxili qaydalara və requlyativ normalara riayət olunmasının təmin edilməsi;
-
FTP (Funds Transfer Pricing) hesabatlarının hazırlanması və effektiv tətbiqində şöbənin işinə dəstək vermək;
-
Bankın likvidlik, faiz və məzənnə risklərindən qorunması istiqamətdə görülən işlərində yaxından iştirak etmək;
-
Sərbəst vəsaitlərin idarə edilməsi və maliyyə bazarlarında investisiya fəaliyyəti məqsədilə müvafiq təkliflərin hazırlanması və monitorinqi;
-
Aktiv və Passivlərin İdarəedilməsi Komitəsi üçün (ALCO) hesabatların hazırlanması;
-
Bankın biznes fəaliyyəti üçün davamlı olaraq tələb olunan maliyyə resursların təmin edilməsi məqsədilə təhlillərin aparılması və proqnozlaşdırılması;
-
Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq;
-
Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək;
-
Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək;
-
Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək;
-
İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
-
Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
-
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Sizdən nə tələb olunur?
-
Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil
-
Tələb olunan iş təcrübəsi: 2 il
-
Lisenziya / Sertifikat: CFA 1-ci səviyyə və ya FRM 1-ci səviyyə (arzu olunandır)
-
Xarici dillər: İngilis (səlis), Rus (arzuolunandır)
-
Xarici dillər: İngilis (səlis), Rus (arzuolunandır)
-
Maliyyə Bazarları üzrə biliklər: Yerli və xarici maliyyə bazarları və məhsullar üzrə biliklər
Klirinq və Müxbir Hesabların İdarəedilməsi üzrə Kiçik Mütəxəssis
Son tarix 09 apr 2023 - Müraciət et
İşiniz nədən ibarətdir?
-
Müvafiq daxili və xarici qayda və prosedurlara uyğun olaraq maliyyə və müştəri əməliyyatları zamanı daxili və xarici müştərilərə dəstəyin göstərilməsi.
-
Təsdiq edilmiş limitlər çərçivəsində bütün sifarişlərin, əməliyyatların və müştəri tələblərinin icrasının təmin edilməsi.
-
Daxili və xarici müştəri ilə müsbət münasibətlərin saxlanılması və onların tam məmnunluğu və gözləntiləri üçün peşəkar məsləhətlərin verilməsi.
-
Daxil olan və köçürülən müştəri ödənişlərinin, müraciətlərinin icra edilməsində sənədlərin düzgün hazırlanması, ödəniş sistemlərində və bank sistemində növbəti icralarla bağlı məlumatların düzgünlüyünün və yetərliliyinin yoxlanılması.
-
Daxil olan ödənişlərin bütün uyğunsuzluqlarının müəyyənləşdirilməsi və tələb olunan hesablarda həmin məbləğlərin vaxtında öz əksini tapması. Daxili və xarici qaydalara uyğun olaraq müvafiq addımların atılması və vaxtında düzgün icrasının təmin olunması.
-
Əməliyyatların icrası zamanı problemli məsələlərin müəyyənləşdirilməsi, müvafiq addımların atılması və müvafiq struktur bölmələrə hesabat verərək daxili qayda və prosedurlara uyğun şəkildə baş mütəxəssis ilə birlikdə onlarla bağlı vaxtında qərar qəbul edilməsi.
-
Ödənişlərlə bağlı banklardan daxil olan bütün sorğuların XSM icra edilməsi, iddiaların səbəbinin aydınlaşdırılması, müvafiq şöbələrin və müştərilərin vaxtında məlumatlandırılması və aşkar edilmiş problemləri aradan qaldırmaq üçün həlli yollarının axtarılması. Müştəri ödənişlərinə dair müxbir banklar tərəfindən daxil olan komplayns sorğularına cavabın hazırlanması üçün müştəri ilə əlaqənin yaradəlması, məlumatın toplanması, hazırlanması və daxili qaydalar çərçivəsində müxbir banka təqdim edilməsi.
-
XSM-nə görə, rekvizitlərə dəyişikliklər etmək və ya gecikmələrin səbəbini müəyyənləşdirmək üçün müştəri ödənişləri əlaqədar Biznes Mərkəzləri və digər struktur bölmələrdən gələn tələblərin vaxtında cavablandırılması və icrası, problemlərin müəyyənləşdirilməsi və ehtiyac olduqda müştərilərin onların həlli yolları ilə təmin edilməsi.
-
Ödənişlərin müxbir münasibətlərdə effektiv idarə edilməsi prosesinə dəstəyin göstərilməsi.
-
Əməliyyat gününün sonunda bütün əməliyyatların vaxtında və dəqiq icrasını təmin etmək üçün bütün əlaqəli hesabların yoxlanılması və uyğunsuzluqların aradan qaldırılması.
-
Müştəridən daxil olan şikayətlərin idarə edilməsi, problemlərin müəyyənləşdirilməsi və prosedurların yoxlanması, müştəri məmnunluğunu təmin etmək üçün baş mütəxəssis ilə birlikdə müştəri ilə bağlı hər hansı problemli situasiyaların həlli yollarının axtarılması.
-
Şöbə daxilində prosedurların inkişafı və optimallaşdırılmasında iştirak.
-
Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq. Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək. Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
-
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar
Sizdən nə tələb olunur?
-
Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
-
Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 1-2 il
-
Xarici dillər: İngilis dili (orta səviyyə), Rus dili (orta səviyyə), Azərbaycan dili (yüksək səviyyədə)
-
Kompüter bilikləri: Microsoft Office (excel, world)
-
Məhsul üzrə biliklər: daxili siyasət və proseduralar, məhsul barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri, Xəzinədarlıq, Qeyri-kredit bankçılıq xidmətləri, Fərdi bankçılıq məhsulları, Ödəniş sistemləri sahəsində təcrübə
-
Başqa tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
Məhsul Riskləri üzrə Assistent
Son tarix 09 apr 2023 Müraciət et
İşiniz nədən ibarətdir?
-
Bankın potensial itkilərinin minimallaşdırılması məqsədilə məhsul və proseslərin, həmçinin məhsul portfeli üzrə nəticələrin avtomatlaşdırılması;
-
Məhsul portfelinin əsas parametrlər üzrə dinamikasının izlənilməsi və trend, davranış üzrə təhlillərinin aparılması;
-
Modelin idarəedilməsi standartlarının vaxtında və effektiv tətbiq edilməsi;
-
Müvafiq tələblərə uyğun gəlməsinə əmin olmaq üçün bankın model risklərinin idarəedilməsi qaydalarına uyğun olaraq model performansının izlənilməsi;
-
Modelin qeyri-effektivliyi səbəbindən yarana biləcək itkilərin qarşısının alınması;
-
Modelin performansının təhlil edilməsi və proses ilə bağlı müvafiq anlayışların hazırlanması;
-
Qeyri-işlək kreditlərin izlənilməsi və təhlili, inkişaf etdirilməli məqamların müəyyən edilməsi;
-
Portfelin nəticələri və portfelin müxtəlif istiqamətlərdə (müştəri seqmenti, sənaye növü, tələb və təklif) əsas göstəricilərinin təhlili;
-
Məhsul ilə bağlı risklərin idarəedilməsi üzrə ümumi proseslərin tətbiqi;
-
Prosesin təkmilləşdirilməsi, yəni tələb edilən sənəd və məlumatların mümkün qədər ixtisar edilməsi və sadələşdirilməsi;
-
Proseslərin vaxta qənaət cəhətdən qurulması və proseslərdə əməliyyat itkilərinin aradan qaldırılması;
-
Əməliyyatların standartlaşdırılması və avtomatlaşdırma üzrə təkliflərin verilməsi;
-
Modelin ƏFG-nin izlənilməsi və yenilənmə/kalibrasiya üzrə dəstək;
-
Modelin strukturu və idarəedilməsinin effektiv tətbiq olunmasına dəstək;
-
Təkmilləşdirilmiş ideyaların praktiki tədbirlərə transformasıyasının həyata keçirilməsi;
-
Məhsul üzrə dəyişikliklərin (müddət, faiz) müəyyən edilməsi;
-
İdarə edilə bilən risklər əsasında biznes davamlılığı üzrə planların hazırlanmasında iştirak;
-
Sifarişlərin işlənməsi ilə bağlı anderrayterlərə dəstək, həmçinin biznes sahibi və risk eksperti model keyfiyyətinin artırılması ilə bağlı bütün əməliyyat və göstərişlərə dəstək;
-
Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara, IFRS və Risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsi.
Sizdən nə tələb olunur?
-
Təhsil: Maliyyə, Bank işi, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
-
İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə təcrübə üstünlükdür.
-
Lisenziya/ Sertifikat: Maliyyənin təhlili, Kredit, Risk, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə sertifikatlar üstünlükdür.
-
Xarici dil: İngilis dili (səlis), Rus dili (orta)
-
Kompüter bilikləri: Microsoft Office
-
Bazar bilikləri: Azərbaycan iqtisadiyyatı və bizneslərin dinamikası haqqında məlumat və biliklər
-
Digər: Maliyyə sahəsi, bank qanunvericiliyi və requlyator tələblər ilə əlaqəli biliklər, maliyyə təhlili, bankçılıq və mühasibatlıq haqqında nəzəri biliklərin olması üstünlükdür.