Banner
Banner

Vakansiyalar

"PAŞA Holdinq" işçi axtarır - VAKANSİYA

"PAŞA Holdinq" işçi axtarır - VAKANSİYA | FED.az
20:01 16 Noy 2020

PAŞA Holdinq “Data memarı” vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir. Qeyd edək ki, əmək müqaviləsi PAŞA Technology şirkəti ilə bağlanacaqdır.

İşin təsviri:

• Yüksək dayanıqlı, əlçatan və bərpa edilə bilən məlumat platformasına sahib olan sənəd sisteminin arxitekturası və infrastrukturu;
• Strateji Aktivlər arasında səmərəli məlumat mübadiləsini təmin etmək məqsədilə sənədləşmə sxeminin standartlaşdırılmsı;
• Məlumat sahibləri və istifadəçilərin vəzifə və öhdəliklərinin razılaşdırılması;
• İşçi qüvvəsinin təxmin edilməsi, layihələrarası asılılıqların anlaşılması, resursların və infrastruktur planlaşdırılması da daxil olmaqla inkişaf mərhələlərinin planlaşdırılması;
• Platforma təhvil verildikdən sonra onun idarəedilməsi;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• 7-10 il iş təcrübəsi;
• Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
• ER/Studio, ERWin Data Modeler, and/or PowerDesignerin tətbiqi biliyi;
• Hackolade, SoapUI, PostMan, XMLSpy ilə iş təcrübəsini mövcudluğu üstünlükdür;
• Məlumatların konseptual, məntiqi və fiziki modelləşdirilməsi;
• ETL, ELT, mikroservislər, Pub/Sub növbələri, Kafka, Nifi, Apache Spark, Databricks, Master Data Management, Reference Data Management kimi bir çox məlumat inteqrasiya platformaları haqqında məlumatlılıq;
• Layihələrin idarəedilməsi, eyni zamanda yuxarıda qeyd edilən bütün sahələr üzrə sertifikatların mövcudluğu üstünlükdür;
• İngilis və rus dillərinin səlis biliyi;
• MS Suite işləmə bacarıqları;
• Maliyyə və sığorta bazarı haqqında məlumatlılıq üstünlükdür;
• Məlumatların idarə edilməsi siyasət və prosedurlarının biliyi;
• Məlumat keyfiyyəti ölçüləri/konsepsiyaları haqqında məlumatlılıq;
• Məlumat bazaları və məlumat bazası konsepsiyalarının biliyi;
• Aydın, yığcam kommunikasiya və texniki terminalogiyanı hər kəsə anlaşılacaq dilə çevirə bilmək bacarığı;
• Layihə qərarlarını həyata keçirməli və fərqli komandalar arasında texniki məsələləri idarəetmə bacarığı;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Data memarı” qeyd olunmalıdır;

• CV-lər 16 dekabr, 2020-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaqdır.

Digər xəbərlər

SORĞU

Azərbaycanda hansı həyat sığortası şirkətinə etibar edirsiniz?