Özsüt Azərbaycan
Keyfiyyətə nəzarət üzrə mütəxəssis
Son tarix 07 dek 2023 - [email protected]
İş barədə məlumat:
- Satışa çıxarılacaq yeni məhsulun keyfiyyət standartlarına uyğunluğunun təmin olunmasına nəzarət etmək;
- Hazır məhsulun keyfiyyətinə nəzarət etmək;
- İaşə obyektinə daxil olan material və məhsulun keyfiyyətinin vizual yoxlanması, keyfiyyət, mənşə və uyğunluq sertifikatlarının yoxlanılması;
- Şöbələrə gələn Ət və Toyuq məhsullarının baytarlıq arayışlarının, dəniz məsullarının qida sənədinin istənilməsi və arxivlənməsi, hər hansı uyğunsuzluq olduğunda rəhbərliyə bildirilməsi;
- Personal heyəti, Məhsul və Müəssisə (restoran) sanitar-gigiyenik normalarının təqdim edilməsi və uyğunluğuna nəzarət etmək;
- Təyin olunmuş restoran daxili standartların sahələr üzrə gedişatına birbaşa nəzarət edilməsi;
- İş metodunun, keyfiyyətə nəzarət prosedurlarının hazırlanması, Sahələrdə (mətbəx, şirniyyat və içəcək, salon) risk analizlərinin aparılması;
- Həftəlik gələn müştəri şikayətlərinin analizi və hesabatının hazırlanması;
- Reseptlərdə dəyişikliklər olduğu zaman yoxlanılması və təsdiqinin təmin edilməsi;
- İş təlimatlarına və standartlara əsasən analiz və yoxlamaların aparılması;
- Standartların tələblərinə uyğun sənədləşmə proseslərinin təqib edilməsi;
- Aidiyyatı şöbələrdə təlimlərin keçirilməsi;
- Şöbələrdə hazırlanmış GMP check listiylə yoxlamaların keçirilməsi və nəticələri barədə məlumatların yazılı olaraq rəhbərliyə bildirilməsi;
- Haccp sisteminin tətbiqinə nəzarət etmək;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatların hazırlanıb təqdim edilməsi;
Namizədə olan tələblər:
- Ali təhsil (Qida mühəndisliyi üzrə arzu olunandır);
- Müvafiq sahədə ən azı 2-3 illik iş təcrübəsinə malik olmaq;
- Kompüter bilikləri (MS Office);(excell biliyi mütləqdir)
- Problem və konfliktləri həll etmə bacarığı;
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
- Kollektivlə işləmə bacarığı;
- Operativ, gördüyü işə cavabdehlik;
- Yaş həddi: 25-30 arası;
İş qrafiki: həftədə 5 gün 09:30-18:00, şənbə günu 10:00-14:00
Nahar şirkət tərəfindən qarşılanır.
Əmək haqqı: 700-900 azn
Qeyd: Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.
*Vakansiya adı qeyd olunmayan CV-lərə baxılmayacaq