Olivia Beauty & Care
Mağaza müdiri (Bərdə)
Son tarix 27 iyn 2024 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Mağaza heyyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
- Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
- Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
- Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;
- Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim olunması;
- Mağaza daxilində satış və istifadə üçün olan maddi vəsaitlərə nəzarətin edilməsi.
Tələblər:
- Ali təhsil;
- Müvafiq vəzifədə ən azı 3 il təcrübə; (Kosmetika sahəsində üstünlükdür)
- Səlis Azərbaycan dili, Rus dili biliyi arzu olunandır;
- Kompüter bilikləri (MS Office);
- 1C proqramında işləmə bacarığı arzu olunandır;
- Mükəmməl analitik və təhlil etmə bacarığı;
- Güclü komanda rəhbərliyi, ünsiyyət və problem həll etmə bacarığı;
- Kosmetika və özünə baxım sahələrində təcrübə arzu olunandır.
İş şəraiti:
- İş günləri: 6 gün iş, 1 gün istirahət;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.