Norm OJSC
Ezamiyyə Koordinatoru
Son tarix 13 mar 2025 - [email protected]
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
- Mühasibatlıq, Maliyyə, Biznes və ya İqtisadiyyat üzrə ali təhsil.
- Ezamiyyə koordinatorluğu, administrasiya və ya əlaqəli sahədə 1 il iş təcrübəsi.
- Azərbaycan, ingilis və rus dillərində səlis danışıq.
- Güclü anaitik düşüncə və problem həlletmə, eləcə də maliyyə məlumatlarını şərh etmə bacarığı.
- Kommunikasiya və zamanın idarəedilməsi bacarıqları.
- Ezamiyyələrin təşkili üçün İR, Maliyyə və menecement komandaları ilə əməkdaşlıq etmə bacarığı.
- Ezamiyyələrin idarəedilməsi proseslərində təkmilləşdirilməli olan sahələrin müəyyən edilməsi və dəyişikliklərin tətbiq edilməsi üçün proaktiv yanaşma.
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Təsdiq edilmiş Ezamiyyə Sorğu formalarına əsaslanaraq Ezamiyyə Sifarişlərini hazırlamaq.
- Müəyyən edilmiş zaman qrafiklərinə uyğun olaraq ezamiyə sorğularının vaxtında emalını təmin etmək.
- Ən səmərəli və maliyyə baxımından sərfəli səyahət paketlərini araşdırmaq və təkliflər vermək.
- Təyin edilmiş əməkdaşlarla koordinasiyalı çalışaraq, səyahət agentlikləri vasitəsilə rezervasiyaların edilməsini təşkil etmək və şirkətin Ezamiyyə Prosedurlarına uyğunluğu təmin etmək.
- Ezamiyyələr, xərclər və təsdiqlərlə bağlı dəqiq qeydlərin aparılmasını təmin etmək.
- Səyahət agentliklərindən alınan hesab-fakturaların uzlaşdırılmasına nəzarət etmək, həddindən artıq olan ödənişlərin qarşısını almaq və şəffaflığı təmin etmək.
- Bütün səyahət xərclərinin təyin edilmiş büdcə və hesabat tələblərinə uyğun olmasını təmin etmək.
- Müvafiq departamentlər (Maliyyə, İnsan Resursları, Satınalma və Daxili Logistika) arasında səyahət xərcləri ilə bağlı proseslərin əlaqələndirilməsi.
- Yerləşdirmə və qidalanma üçün ödəniş limitlərinə riayət olunmasına nəzarət etmək.
- Əməkdaşlar ezamiyyədən qayıtdıqdan sonra detallı xərc hesabatlarının vaxtında təqdim edilməsini təmin etmək.
- Əməkdaşları ezamiyyə prosedurları və ezamiyyə planlaşdırma qrafiklərinə riayət etməyin əhəmiyyəti barədə maarifləndirmək üçün təlim sessiyaları keçirmək.
Biz nə təklif edirik:
- Korporativ tibbi sığorta
- Servis avtobusu
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
- Unikal imtiyazlar paketi
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
CV-lərin təqdim olunması üçün son tarix: 20.02.25