Metak
Plastik boru zavodunun istehsalat direktoru
Son tarix 18 mar 2026 Müraciət et
Əmək haqqı - Danışıq əsasında
İş yeri Bakı - Dərnəgül
İşin təsviri
Şirkətin ümumi strategiyasına uyğun olaraq istehsalın məqsəd və vəzifələrinin müəyyən edilməsi, istehsal prosesinin təşkili və idarə olunması;
İstehsalın inkişafı və əməliyyatların səmərəliliyinin artırılması üzrə planların hazırlanması və icrası;
İstehsal fəaliyyətinə və təsdiq edilmiş planların icrasına nəzarət;
Problemli sahələrin müəyyən edilməsi və onların aradan qaldırılması üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi;
İstehsal ehtiyatlarının (əmək, maliyyə və maddi resurslar) səmərəli idarə olunması;
Xərclərin azaldılması, məhsuldarlığın artırılması və istehsal dövrünün qısaldılması məqsədilə istehsal proseslərinin optimallaşdırılması;
Əməyin mühafizəsi, iş təhlükəsizliyi və əməliyyat standartlarına riayət olunmasına nəzarət;
İstehsal proseslərində keyfiyyətin artırılması üçün yeni texnologiyaların, avadanlıqların və prosedurların araşdırılması və tətbiqi;
Təhlil və məlumatlardan istifadə etməklə istehsalın effektivliyinin qiymətləndirilməsi və zəruri dəyişikliklərin edilməsi;
Avadanlıqlardan istifadənin optimallaşdırılması, iş axınının sadələşdirilməsi və yeni texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılması;
Kaizen, 5S və Six Sigma kimi keyfiyyət idarəetmə yanaşmalarının tətbiqi;
İstehsalat fəaliyyəti üzrə aylıq texniki hesabatların hazırlanması.
Tələblər
Ali texniki təhsil;
İstehsalat sahəsində minimum 5 il iş təcrübəsi;
İstehsal və əməliyyatların idarə olunması üzrə biliklər;
İstehsal proseslərinin əsas prinsipləri və anlayışlarını yaxşı səviyyədə bilməli;
Keyfiyyətin yaxşılaşdırılması və məhsuldarlığın artırılması üzrə müasir metodologiyalar haqqında texniki biliklər;
Təşəbbüskar və yenilikçi yanaşma;
Güclü liderlik bacarıqları;
Yüksək ünsiyyət və komanda ilə işləmək qabiliyyəti.
İş şərtləri
Peşəkar iş mühiti;
Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
Rəqabətli əmək haqqı və illik bonus;
Əmək haqqı razılıq əsasında təyin olunur;
Nəqliyyat xidmətləri və nahar.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
"Metak" direktor axtarır - VAKANSİYA
00:29
19 Fev 2026











