Melissa Group
Hüquqşunas
Son tarix 22 avq 2024 - Müraciət et
Vəzifə öhdəlikləri və iş barədə məlumat:
- Hüquqi normativ sənədlərin hazırlanmasını təmin etmək
- Hüquqi sənədlərin işlənib hazırlanmasında, cavabların hazırlanmasında iştirak etmək, qanunvericiliyin tətbiqi ilə bağlı mübahisəli məsələlərə dair rəylər hazırlamaq;
- Müqavilələri hazırlanması, rəsmiləşdirilməsi, analizinin aparılması, analizi prosesində çatışmazlıqların aradan qaldırılması üçün müvafiq proseslərin icrası.
- Müqavilələrin hazırlanması, eləcə də bağlanması üçün zəruri olan görüş və danışıqlarda, eləcə də iclaslarda iştirak etmək
- Daşınmaz əmlakla bağlı proseslərdə hüquqi bazanın təmin edilməsi, sənədlərin hazırlanması, baş verən fors-major hallarda ani müdaxilələrin edilməsi
- Müəsisənin partnyor təşkilatlar, qurumlar və idarələr qarşısında hüquqi təmsilini həyata keçirmək
- Proses və prosedurların hüquqi ekspertizası və hüquqi əsaslarının təmini
- Yeni qanunvercilik aktlarının, müvafiq dəyişikliklərin müəssisənin struktur bölmələrinin fəaliyyətində, eləcə də hüquqi təmsil olunmasında iştirak etmək.
- Əlaqədar qurumlarla işləmək
Namizədə dair tələblər:
- Ali təhsil (müvafiq istiqamətdə)
- Kompüter biliyi
- Azərbaycan və rus dillərində mükəmməl danışıq qabilliyyəti və ünsiyyət bacarığı;
- Təşkilati bacarıqlar;
- Yazılı və şifahi ünsiyyət bacarığı;
- Yüksək etik davranış qabiliyyəti;
- Səbrli və məsuliyyətli olmalı.
Əlavə məlumat:
- İş qrafiki: Növbəli qrafik əsasında 5 günlük iş həftəsinə uyğun olaraq müəyyən edilir. Bundan başqa, namizədə öz məhkəmə proseslərində iştirak üçün şərait yaradılır.
- Əməkhaqqı:1500-1700 AZN
CV-lərinizi [email protected] ünvanına "hüquqşunas" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.