McDonald’s Azerbaijan
Restoranın istismar xidməti üzrə texniki
Son tarix 14 iyl 2024 - [email protected]
Əsas vəzifə, öhdəliklər və tələblər:
- Restoranda olan texniki avadanlıqların işlək vəziyyətdə olduğundan əmin olmaq, avadanlıqları və ümumi restoran ərazisini yoxlamaq.
- Verdiyi tapşırıqları icra etmək və aşağıda qeyd edilən işləri yerinə yetirmək:
- Aydınlatma lampalarının dəyişdirilməsi (soyuducu, led, spot və.s.)
- Sanitar qovşaqlarda və şöbələrdə santexnika aksesuarlarının dəyişdirilməsi (krantlar, su boruları, sifonlar, tualet kağızı və maye sabun dispenserləri, unitaz aksesuarları və.s.)
- Restoranın digər ərazilərdə su və kanalizasiya bağlantı nöqtələrinin yoxlanması, sifonların və kanalizasiya xəttlərinin periodik olaraq və ya lazım olduqda təmizlənməsi
- Həşərat əleyhinə quraşdırılan cihazların yoxlanılması və periodik olaraq lampa və yapışqanlarının dəyişdirilməsi
- Qapıların çərçivələri, qapı qolları, kilid və menteşelərinin təmiri və ya dəyişdirilməsi
- Döşəmə təmiri, kafel və metlaxların dəyişdirilməsi
- Divar təmiri, kafellərin dəyişdirilməsi, divar kağızların dəyişdirilməsi, boya işlərinin görülməsi
- Loker qapılarının təmiri, tutacaq və qapı kilidlərinin dəyişdirilməsi
- Siyirməli və qapılı dolabların təmiri
- Qoruyucu dəmirlərin bərkidilməsi və lazım olduqda quraşdırılması
- Dayanacaq ərazisində yerləşən stopperlərin bərkidilməsi və dəyişdirilməsi
- Müxtəlif boya işləri – tavan, divar, yol işarələri və.s.
- Yuxarıda sadalanan işləri yerinə yetirərkən bütün təhlükəsizlik qaydalarına riayət etmək və işin təhlükəsiz görülməsi üçün lazımi tədbirləri almaq.
- Şirkətin prosedur və qaydalarına əməl etmək, davranış qaydalarını və xüsusi geyim formalarını pozmamaq.
Namizədə dair tələblər:
- Elektrik və Santexnik işləri üzrə bacarıqlar
- Rəngsaz işləri üzrə bacarıqlar
- Kafel-metlax işləri üzrə bacarıqlar
- Alçipan işləri üzrə bacarıqlar
İş şəraiti:
- AR ƏM əsasən rəsmiləşdirmə
- 5 günlük iş həftəsi
- Əmək haqqı 800azn + müxtəlif bonuslar
- Şirkət tərəfindən naharla təmin olunma
- Gənc və dinamik kollektivdə işləmə fürsəti
Maraqlanan namizədlər email ünvanına "İstismar xidməti üzrə texnik" başlığı ilə müraciət edə bilər.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini ilə e-mail ünvanına 14.07.2024 il tarixinə kimi göndərə bilərlər.