Matanat A
Müştəri Xidmətləri üzrə mütəxəssis
Son tarix 11 yan 2025 - [email protected]
İşin təsviri:
- Müştəri sorğularını (zəng, e-poçt, sosial media) qəbul etmək, cavablandırmaq və həll etmək.
- Problemləri araşdırıb uyğun şöbələrə yönləndirmək, həll prosesinə nəzarət etmək.
- Şikayətləri dinləyib uyğun həll yolları təklif etməklə müştəri məmnuniyyətini təmin etmək.
- Müştərilərdən rəy toplayıb xidmət keyfiyyətinin artırılması üçün hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsir.
- Şikayətlər və sorğularla bağlı statistik məlumatları toplayıb həftəlik/aylıq hesabatlar hazırlamaq.
- Yeni müştəri xidmətləri texnologiyalarının tətbiqində iştirak etmək.
Tələblər:
- Yüksək ünsiyyət və problem həll etmə bacarıqları.
- Məsuliyyətli, təşəbbüskar və təşkilatçı yanaşma.
- CRM sistemləri və ofis proqramlarında təcrübə (PowerPoint, Excel).
- Azərbaycan dilində sərbəst danışıq, ingilis və rus dilləri bilikləri üstünlükdür.
- İqtisadiyyat, Biznes İdarəetməsi və ya Marketinq sahəsində ali təhsil.
- Müştəri xidmətləri və ya satış sahəsində minimum 1-2 illik iş təcrübəsi.
İş şəraiti:
- İş yeri: Luxen Plaza
- İş qrafiki: 5 günlük
- İstirahət: Şənbə və bazar günü.
- Korporativ nömrə
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Maraqlı olanlar mövzu sətrində vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına CV-ni göndərməyinizi xahiş edirik.
İctimaiyyətlə Əlaqələr şöbə müdiri
Son tarix 11 yan 2025 - [email protected]
İşin təsviri:
- Şirkətin ümumi biznes məqsədlərinə uyğun PR strategiyasını hazırlamaq.
- PR planlarının icrasını idarə etmək və nəticələrini qiymətləndirmək.
- Şirkətin imicini qorumaq və gücləndirmək üçün müxtəlif tədbirlər həyata keçirmək.
- Media qurumları ilə əlaqələri qurmaq və inkişaf etdirmək.
- Mətbuat açıqlamaları, xəbərlər və məqalələrin hazırlanmasını təmin etmək.
- Media tərəfindən yayımlanan məlumatların monitorinqini aparmaq və reputasiya risklərini idarə etmək.
- Şirkətin əməkdaşları üçün daxili kommunikasiya strategiyalarını hazırlamaq.
- Korporativ tədbirlər təşkil edərək əməkdaşların şirkət barədə məlumatlılığını artırmaq.
- Şirkət məhsulları və xidmətləri üçün PR kampaniyalarını planlaşdırmaq və idarə etmək.
- Sosial məsuliyyət layihələrini həyata keçirmək və cəmiyyətlə müsbət əlaqələri təşviq etmək.
- Sponsorluq, xeyriyyəçilik və digər PR fəaliyyətlərini təşkil etmək.
- Şirkətlə bağlı potensial reputasiya problemlərini əvvəlcədən müəyyən etmək və həll yollarını hazırlamaq.
- Krizis vəziyyətlərində media ilə düzgün kommunikasiya strategiyası təmin etmək.
- PR kampaniyalarının təsirini ölçmək və nəticələri təhlil etmək.
- Rəqiblərin PR strategiyalarını və bazar trendlərini araşdırmaq.
- PR şöbəsinin əməkdaşlarına rəhbərlik etmək və iş bölgüsü aparmaq.
- Şöbə heyətinin peşəkar inkişafını təmin etmək üçün təlimlər və mentorluq proqramlarını təşkil etmək.
Tələblər:
- İctimaiyyətlə əlaqələr, Jurnalistika, Marketinq və ya əlaqəli sahədə ali təhsil.
- PR və kommunikasiya sahəsində 5+ illik iş təcrübəsi (rəhbər vəzifədə təcrübə üstünlükdür).
- PR alətləri və texnologiyaları üzrə bilik.
- Mətbuat açıqlamaları, kampaniyalar və təqdimatların hazırlanmasında təcrübə.
- Media ilə işgüzar münasibətlərin qurulmasında təcrübə.
- Dil Bilikləri: Azərbaycan dili (ana dili),İngilis və rus dillərində sərbəst ünsiyyət bacarığı (üstünlükdür).
Şəxsi Keyfiyyətlər:
- Güclü liderlik və idarəetmə bacarığı.
- Ünsiyyət və danışıq bacarığı (həm yazılı, həm şifahi).
- Stress altında işləmə və krizis vəziyyətlərini idarə etmə qabiliyyəti.
- Strateji və analitik düşüncə tərzi.
İş şəraiti:
- İş yeri: Luxen Plaza
- İş qrafiki: 5 günlük
- İstirahət: Şənbə və bazar günü.
- Korporativ nömrə
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Maraqlı olanlar mövzu sətrində vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına CV-ni göndərməyinizi xahiş edirik.
Aparıcı reklam mütəxəssisi
Son tarix 11 yan 2025 - [email protected]
İşin təsviri:
- Ayrı-ayrı brendlər üçün reklam ssenarilərinin və ya briflərin hazırlanmasını təşkil etmək.
- Hazırlanmış ssenarilərin keyfiyyətini təmin etmək və brendlərin məqsədlərinə uyğunlaşdırmaq.
- Reklam çarxlarının çəkilişi və post-prodakşn proseslərini təşkil etmək.
- Çarxların büdcə çərçivəsində hazırlanmasını və effektiv yayımını təmin etmək.
- Reklam kampaniyalarının ilkin və yekun nəticələrinə dair monitorinq və hesabatlar hazırlamaq.
- Ölkədaxili və xarici sərgilərin planlaşdırılması və həyata keçirilməsi.
- Sərgilərin logistika, dizayn və iştirak koordinasiyasını təmin etmək.
- Qlobal və yerli bazarda yeni reklam tendensiyalarını izləmək və təhlil etmək.
- Müasir reklam vasitələrini şirkət strategiyasına uyğun tətbiq etmək.
- Rəhbərlik və digər şöbələrdən daxil olan reklam tələblərinə uyğun layihələr hazırlamaq və icra etmək.
- Müxtəlif departamentlərlə koordinasiya edərək reklam ehtiyaclarını effektiv şəkildə qarşılamaq.
- Reklam materiallarının hazırlanmasında kreativ qrupa dəstək vermək.
- Rəqəmsal reklam kampaniyaları üçün kontentin hazırlanmasını təmin etmək.
- Sponsorluq və tərəfdaşlıq fəaliyyətlərini təşkil etmək.
- Reklam sahəsində analitik göstəriciləri təhlil edərək yeni strategiyalar təklif etmək.
Tələblər:
- Marketinq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahədə ali təhsil.
- Reklam sahəsində minimum 3 illik iş təcrübəsi
- Reklam platformaları üzrə yüksək bilik (Facebook Ads, Google Ads, YouTube, Instagram).
- Kreativ alətlərdən istifadə bacarığı (Adobe Photoshop, Illustrator) üstünlükdür.
- Analitik vasitələrdən istifadə təcrübəsi (Google Analytics, Tableau və ya oxşar proqramlar).
İş şəraiti:
- İş yeri: Luxen Plaza
- İş qrafiki: 5 günlük
- İstirahət: Şənbə və bazar günü.
- Korporativ nömrə
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Maraqlı olanlar mövzu sətrində vakansiyanın adını qeyd edərək elektron poçt ünvanına CV-ni göndərməyinizi xahiş edirik.