Kartaş LTD (Mr.Fix)
Növbə rəisi
Son tarix 04 avq 2024 - [email protected]
İş barədə məlumat:
- Növbə üzrə istehsalat tapşırıqlarının (iş və xidmətlərin) yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təmin etmək;
- Avadanlığın fasiləsiz olaraq tam gücü ilə işləməsinə, istehsalın vaxtlı-vaxtında material və enerji ehtiyatları, həmçinin yetərli sayda işçi ilə təmin edilməsinə, avadanlıqların və başqa əsas vəsaitlərin düzgün texniki istismarına, xammal, yanacaq və materialların qənaətlə istifadəsinə operativ nəzarəti həyata keçirmək;
- Məhsulun iş yerlərində hərəkətinin və istehsal tapşırıqlarının yerinə yetirilməsinin operativ uçotunu aparmaq;
- Növbənin təhvil-təslim zamanı bütün avadanlıqların işlək və saz vəziyyətdə olmasına diqqət yetirmək;
- Təhvil verdiyi növbənin sonunda görülən işlərin hesabatını hazırlayıb birbaşa rəhbərinə təqdim etmək;
- Daxili prosedurların yerinə yetirilməsinə nəzarət etmək və onların effektiv olmasını yoxlamaq;
- İstehsalat sahasənin təmiz və təhlükəsiz şəkildə istifadə olunmağını təmin etmək
Vəzifəyə dair tələblər:
- Ali təhsil - Kimya mühəndisliyi
- İstehsalatda ən az 2 illik təcrübə
- MS Office komputer proqramı üzrə bacarıqları
- Təhlükəsizlik standartlarına riayət etmək
- Analitik düşünmə bacarığı
- İşi planlaşdırmaq və təşkil etmək;
- Statistik məlumatların təhlili etmək;
- Hesabat vermək və təqdimat etmək;
- Riskləri proqnozlaşdırmaq;
İş şəraiti:
- Əmək haqqı – 1300 gross
- İş qrafiki: növbəli (08:30-20:30 – ayda 15-16 növbə), gecə növbəsi yoxdur
- Şirkət tərəfindən naharla və nəqliyyatla təmin edilmə
- Sınaq müddətindən sonra könüllü tibbi sığorta
- İş yeri: Sumqayıt Sənaye Parkı
İstehsalat mühəndisi
Son tarix 04 avq 2024 - [email protected]
İş barədə məlumat:
- Texniki əsaslanmış vaxt (hasilat) normalarını, xətti və qovşaq qrafiklərinin işlənib hazırlanmasında iştirak etmək;
- Texnoloji normativləri, təlimatları, marşrut xəritələrini, texniki səviyyə və məhsulun keyfiyyət xəritəsini və başqa texnoloji sənədləri işləyib hazırlamaq;
- Texnoloji avadanlığın düzgün istismarına nəzarət etmək;
- İstehsal ediləcək məhsulların normalarını işləyib hazırlamaq və avtomatlaşdırılmış istehsal prosesinin təşkil etmək;
- İstehsal prosesindəki dayanmaların qeydiyyatı, səbəbinin araşdırılması və son hesabatın hazırlamaq;
- İstehsal həcmləri, keyfiyyət göstəriciləri, prosesin səmərəliliyi göstəriciləri və dayanma müddətlərinin təhlili daxil olmaqla, istehsal hesabatlarının hazırlamaq;
Vəzifəyə dair tələblər:
- Ali təhsil - Kimya mühəndisliyi
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
- Xammala, materiala və hazır məhsula qoyulan texniki tələbləri
- Texniki sənədləşdirmənin aparılması və hazırlanması üzrə təlimat və başqa rəhbər materialları
- MS Office komputer proqramı üzrə bacarıqları
- Təhlükəsizlik standartlarına riayət etmək
- Analitik düşünmə bacarığı
İş şəraiti:
- Əmək haqqı – 2000 gross
- İş saatları: 08:30-17:30
- İş günləri: Həftədə 5 gün
- Şirkət tərəfindən naharla və nəqliyyatla təmin edilmə
- Sınaq müddətindən sonra könüllü tibbi sığorta
- İş yeri: Sumqayıt Sənaye Parkı
Vakansiya ilə maraqlanan şəxslər öz CV-ni e-mail ünvanına mövzu yerində “İstehsalat mühəndisi” yazaraq göndərə bilərlər.